Xüsusi zolaqları pozan avtomobilllər: Hansı tədbirlər görülür?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:48 12.07.2024

Avtobuslar üçün xüsusi zolaqlar var. Bu zolaqlara qanunsuz daxil olan, avtomobillər var ki, süni tıxaclar, maneələr yaradırlar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirib ki, bunun üçün xüsusi tədbirlər görülür. 

 

Bəs, görülən tədbirlər nə dərəcədə nəticə göstərir ?

 

Mövzu ilə bağlı Nəqliyyat eksperti Rauf Ağamirzəyev "informator.az"a açıqlamasında bildirib ki, ictimai nəqliyyat üstünlüyü təmin olunmalıdır:

 

"Bunun üçün, ayrılan avtobus zolağı şəbəkəsidə qurulur. Bu işləri sürətləndirmək lazımdır. Avtobus zolağı şəbəkələşməlidir. Kimsə bu qaydalara əməl etməzsə, cərimə yazılmalıdır. Bunun üçün də şəhərin müəyyən hissələrində kameralar qurulur. Avtobuslarda da, bu, nəzarət təmin olunacaq. DİN nəzarəti təmin etməklə, bu zolaqların işləkliyini təmin edəcəklər. Ciddi nəzarət olunmalıdır ki, avtobuslar tıxacda dayanmasın. Məsələn, 8 noyabr prospektində piyadalar üçün səkilər abadlaşdırılır. Həmçinin, eyni səkinin bir hissəsində, mikromobil üçün zolaq şəbəkəsi yaradılır. Avtobus zolağı təşkil edilir ki, buda eyni küçədə fərqli hərəkət üçün şəraitin yaradılmasıdır. Bu da o, deməkdir ki, vətəndaş özü qərar verəcək ki, neçə metr yolu piyada getsin".

 

Nigar Səmədli