"Azərbaycan manatının məzənnəsi ABŞ dollarına bağlıdır"-Ekspert RƏYİ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:35 12.07.2024

Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqllanıb. 2024-cü il iyulun 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Avro bahalaşaraq 0.8479 manat, Rusiya rublu bahalaşaraq 0.0194 manat olub.

 

Bu barədə "informator.az"a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycan manatının məzənnəsi birbaşa olaraq ABŞ dollarına bağlıdır:

 

"Ölkənin əsas gəlirləri, ABŞ dolları şəklindədir. Ona görə də mərkəzi bank Azərbaycan manatının məzənnəsini ABŞ dollarına bağlayır və ona əsasən müəyyən edilir. Yerdə qalan valyutalar isə dollara münasibətdə hansı kursa sahibdilərsə, çarpaz şəkildə Azərbaycan manatına da uyğun o kursda məzənnələrin təşkilini tapırlar. Avro və rublun bahalaşması və ya ucuzlaşması, ABŞ dollarına həmin valyutaların məzənnələrinə əsasən ortaya çıxan hallardır.

Digər ölkələrin valyutalarının manata nisbətən bahalaşması və yaxud ucuzlaşması elə də bir əhəmiyyət kəsb etmir. Bu kimi halların istər iqtisadi, istərsə də maliyyə bazarı üçün təhlükəsi yoxdur".

 

 

Çimnaz Məmmədova