Şokoladın insan orqanizminə təsirləri-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:57 12.07.2024
11 iyul Ümumdünya şokolad günüdür. Həmin günü ilk dəfə olaraq 1995-ci ildə fransızlar şokolad günü kimi qeyd etməyə başlayıb. Əvvəllər sadəcə fransızlar qeyq etsə də, sonralar bu gün planetdə beynəlxalq gün kimi qeyd olunur.
Bəs, çoxunun sevimlisi olan şokoladın insan üçün hansı zərər və faydaları mövcuddur?
Bu barədə "informator.az"a açıqlamasında qida mühəndisi Fərid Səfərov şokoladın faydalarından danışıb:
"Şokolad güclü antioksidantdır, ürək və beyin sağlamlığı üçün faydalıdır, bağırsağın dostudur, depressiyadan qoruyur. Şokoladın tərkibində kalium, fosfor, mis, dəmir, sink, maqnezium kimi minerallar var, kakao insan sağlamlığı üçün faydalıdır.
Şokolad alarkən tərkibini oxuyun, ən az yüzdə 70-i kakao olsun və tərkibində şəkər olmasın".
Nutrisioloq gün ərzində nə qədər şokolad qəbul etmənin normada olduğundan da bəhs edib:
"Tünd şokolad kimi tanıdığımız bitter şokolad kalorili bir qidadır, ona görə də yeyərkən miqdarına fikir verin, yəni, çox yeməyin. Gün ərzində 20 qram qədər istifadə edin.
Şokoladın tərkibində kafein, seratonin, teabromin, endorfin var və sizdə şokolad asılılığı yarada bilər, ona görə miqdar önəmlidir.
Sağlam qidalanaraq sağlam yaşayın"!
Aysel Ağakərimova