Əslində aliment belə təyin olunmalıdır...-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:32 12.07.2024

Azərbaycan Respublikasının Konstitusiyasına görə, məhkəmə boşanma ilə bağlı qərar verersə, bu zaman tərəflərdən biri aliment ödəyicisi olur. Məhz buna məhkəmə qərar verir. Qanunvericilikdə qeyd olunub ki, bir uşağa görə qazancın 25%-i, iki və ya daha artıq uşağa görə, qazancın 33%-i aliment kəsilir.

 

Eyni zamanda qanunvericilikdə qeyd olunub ki, aliment ödəyicisi olan tərəf məhkəmənin təyin etdiyi məbləğin ödəməzsə bu zaman ya cərimələnir, ya da həbs edilir.

 

Bəs həbs olunduqdan sonra necə ?

 

Bu məbləği kim ödəyəcək ?


Mövzu ilə bağlı "informator.az"a müsahibə verən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məhkəmə qərarı varsa, alimentin tutulması barədə bu zaman atadan (anadan) həmin qərarların icrası icraçıların boynuna düşür:


"Məhkəmə icraçıları həmin qərarın icrasını təmin etməlidirlər. Bəzən olur ki, ata işləmir, yaxud az maaş alır və ya əlildir, pensiya alır, bəziləri də, qəsdən yayınır. Qanunda nəzarə alınmır ki, sənin əmək haqqın aşağıdır və ya bəziləri boşanandan sonra yenidən evlənirlər, yeni ailələri var, uşaqları var. Qanunvericilik bunu nəzərə almır. Qanunvericilik deyir ki, məhkəmənin qərarı var, orada göstərilən məbləğ ödənilməlidir. Ödənilməyən də, borclar toplanır, müəyyən həddə çatanda, icraçı məhkəmə qərarı icra olunmaması ilə İnzibati xəta haqqında pratokol tərtib edilir və əhkəməyə təqdim olunur. Məhkəmədə də, həmin şəxsə ya cərimə və ya inzibati həbs tətbiq oluna bilər. Sonradan yenə ödəniş olmazsa, artıq cinayət məsuliyyəti yaradıla bilər. Bu vaxt ya həmən insan cərimələnir, ya da həbs olunur. Həbs olunan zaman problem yenə həllini tapmır. Onlara aliment verən şəxs həbs olunub deyə gəlirsiz qalırlar. Amma bəzi cəzaçəkmə yerlərində iş yerləri var, orada işləyib, maaş almaq olar. Bu zaman aliment, maaşa yönələ bilər. Bu çox ciddi problemdir. Aliment fondunun yaradılması, məsləhət görülür. Aliment fondunun yaradılmasında, məqsəd həmin uşaqların alimentsiz qalmamasıdır. Bu mövzu barəsində Ombudsmanın çıxışı olub".

 


Hüquqşünasın sözlərinə görə, aliment, qanunla qazancın faizinə görə, uşaqların sayına görə təyin olunur:

 

"Proses belə olur ki, bir uşağa görə qazancın 25%-i, iki və daha artıq uşağa görə 33%-i aliment kəsilir. Dediyim kimi, bir çox hallarda olur ki, maaş çox aşağıdır məsələn 3 uşaq var amma maaş 500 manatdır 500 manatın 33%-i hardasa 200 manata yaxın edir. Buda 3 uşağı saxlamaq üçün yetərli deyil. Buna görə məhkəmələrə səlahiyyət verilib ki, sabit məbləğ təyin eləsinlər. Məsələn, təyin olundu 250 manat bu il (misal çəkilib) hər uşağa bu məbləğə uyğun olur. Böyük məbləğ olduğu düşünülə bilər, amma bu qarşı tərəfin əvvəlcədən düşünməli olduğu bir məsələdir. Hətta məhkəmə bəzən əlavə vəsait də təyin edir. Əgər uşaq xəstə olarsa, onun müalicəsi üçün böyük pul tələb olunarsa , təhsil alırsa əlavə kurslar üçün yaranan ehtiyac və s. bu zaman digər valideynin, hansı ki, uşaq onun yanında qalır onun tələbi ilə əlavə məbləğ təyin oluna bilir. Boşanma zamanı uşaqlar adətən anları ilə qalır. Çox nadir hallarda uşaq ataya verilir".

 

Müsahib qeyd edib ki, bunun üçün məhkəmədə sübut olunur ki, ana uşaqlara baxa bilmiyəcək və ya səhhətinə görə, eyni zamanda narkotik asılılığı varsa, alkoqol aludəçisi olarsa, bu zaman uşaq atasına verilir:

 

"Əgər ata, atalıq hüququndan məhrum edilirsə, bu zaman yenə aliment ödəyir, lakin uşaqla görüşmək, bir sözlə valideyn hüquqdan məhrum edilir. Uşaqlar həddi-buluğa çatdıqdan sonra öz valideynlərini saxlamaq, onlara kömək olmaq kimi öhdəlikləri var. Əgər valideyn bu hüquqdan məhrumdursa, o zaman gələcəkdə də, övladı ona heç bir köməklik etməyəcək. Valideyn hüququndan məhrum edilən şəxsin bele hüquqları olmur".

 

 

Vüqar Alışov