Yay mövsümündə necə qidalanmalı?-Həkim RƏYİ
Bölmə: Sosial › ,Tarix: 20:33 15.07.2024
Yay aylarında havanın kəskin istiləşməsi insanların isti qidalardan imtina edib sərin içkilərə üstünlük verməsinə səbəb olur. Müxtəlif növ maye qəbulu ilə bədənin enerjisini az da olsa bərpa etməyə çalışırlar. Bu içkilər sağlamlıq üçün çox zərərlidir.
Bəs insanlar bu isti yay günlərində hansı qidalara üstünlük verməlidirlər?
Mövzuyla bağlı Fonksional tibb dietoloqu, uzman dietoloq və Nutrisioloq Lale Yaqubova "informator.az"a müsahibə verib. Dietoloqun sözlərinə görə, isti yay günlərində əsas diqqət edilməli məqam bədəni susuz buraxmamaqdır:
"Yay aylarında tərləmə halı çox olduğu üçün ən azı 2 -2.5 litr su içməyi tövsiyyə edirik. Yemək yeməkdən imtina edib ancaq sərin içkilərdən istifadə etmək düzgün deyil. Bu içkilərin bir çoxu şəkərlidir. Bu hal bizim insulin dirəncimizə zərər verir. Sərin içkilərdən istifadə edərkən şəkərli olub olmamasına diqqət etmək lazımdır. Yay aylarının qış aylarına nisbətən kökəlmə halına daha çox müşayiət olunur. Səbəb isə həmin sərin içkilərdən:meyvə suları, qazlı içkilər, meyvə şirələri və.s istifadənin çox olmasıdır".
Uzman dietoloq yay mövsümündə hansı qidalardan istifadə etməli, hansı qidalardan uzaq durmalı olduğumuzu da qeyd edib:
"Yay mövsümü bir çox meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Buna görə yay aylarında bol bol tərəvəzlərə , çiy salatlara üstünlük verilməlidir. Bu mövsümdə çiy məhsullardan, çiy balıq növlərindən, mənşəyi məlum olmayan süd məhsullarını istifadə etməmək lazımdır.Ət, toyuq, balıq kimi məhsulların istifadəsinə nəzarət edilməlidir. Çox yaxşı bişdiyinə əmin olub doğru şəkildə saxlanılarsa istifadə etmək olar. Qızartmalardan, çox yağlı qidalardan, kolbasa, sosika məhsullarından uzaq durmağı, daha çox təzə məhsullara, meyvə və tərəvəzlərə üstünlük verməyi məsləhət görürük".
Zeynəb Mustafazadə