Cəmiyyətin ən böyük bəlalarından olan siqaret: Niyə istifadə edilməməlidir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:40 16.07.2024
Günümüzdə ən çox yayılmış vərdişlərdən biri də siqaret çəkməkdir. Siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılıb və ictimaiyyətə təqdim edilib. Lakin siqaret çəkənlər siqaretdən imtina etməkdə çətinlik çəkirlər, siqaret onlarda asılılıq yaradır.
Bəs siqaretin hansı əsas zərərələri mövcuddur?
Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"-a açıqlama verib. Onun sözlərinə görə, bu gün bizdə cəmiyyətin ən aktual problemlərindən birinci yerdə narkotik maddələr və siqaret durur:
"Dünya Səhiyyə Təşkilatı araşdırma aparıb, cəmiyyətə də hər gün deyilir ki, siqaret birbaşa ağciyərin yollarını, nəfəs aldığımız hüceyrələri məhv edir. Ağciyərin xərçəng xəstəliyinin birinci xarici səbəbi siqaretdir. Bu gün cəmiyyətimizdə məni narahat edən siqaretin uşaqlar, cavanlar arasında geniş yayılmasıdır. Hətta yolda belə görəndə deyirəm ki, qanı qatılaşdırır, insanın bədən hüceyrələrinin qidalanmasını pozur. Niyə? Çünki, qan qatılaşır və qanın hərəkəti zəifləyir. Qan da qatılaşanda digər orqanlara qida, oksigen daşınmır. Yəni, maye dövranı pozulur. İnfarktlar, insultlar, beyin damarlarının zədələnməsi kimi hallar baş verə bilər".
Ekspert siqaretin insan sağlamlığına mənfi təsiri ilə yanaşı maddi və cəmiyyətə olan zərərlərindən danışıb:
"Digər bir ictimai fikir bildirmək istəyirəm. Məsələn, maddi imkanı olmayan şəxslər siqaret çəkəndə, ümumiyyətlə, başa düşülmür. Həm maddi xərcdir, həm də pul verib bədəninə zəhər tökürlər. Bəzən deyirlər, keçmişdə çəkiblər. Keçmişdə tənbəki çəkirdilər, o da tək-tük.
Siqaret sözü "keyfiyyətsiz" deməkdir. Aludəçilik yaradır. Deyirsən ki, "burda siqaret çəkmək olmaz" deyirlər ki, "bura açıq havadır". Xeyr, ixtiyarın yoxdur, sən havanı zəhərləyirsən, məni, digərlərini xəstələndirirsən.
Şəhərə fikir verin, hər yer siqaret kötükləridir. Hətta bəziləri bahalı avtomobil sürür, ordan barmağı ilə siqareti atır. Çəkirsənsə, söndürüb zibil qutusuna atmalısan.
Xüsusilə, cavanların bədəni həssas olur, gələcəkdə dediyim o xəstəliklərə, o cümlədən, indidən sonsuzluğa yol açır. Maddi cəhətdən də ailələrin dolanışını məhv edir, ekologiyaya zərər verir. Xəstəliklər yayır. Bu gün siqaret insan bədənini, sağlamlığını məhv edir, həm də mədəniyyətsizlikdir.
Sual verirəm ki, "Allaha inanırsan?" deyir ki, "müəllim, nə danışırsınız? İnanırıq". Deyirəm ki, "Xeyr, inanmırsan". İnsanın bədəni Allahın əmanətidir. Sən Allahın əmanətinə niyə xəyanət edirsən? Zəhəri niyə bədəninə tökürsən? Çox təəssüf ki, tək-tük də olsa, qadınlar arasında siqaret çəkənlər var. Maşın sürür əlində siqaret. Niyə? Bunun da cavabı yoxdur. Ailələr dağılır, maddi cəhətdən də ziyan dəyilir və yuxarıda qeyd etdiyim xəstəliklərə zəmin yaranır".
Ekspert siqaretdən asılılığa son verməyi insanın daxilində olan gücü ilə əlaqələndirib:
"Bu problemin yeganə həll yolu insanın daxilində olan gücdür. Həkimlərə də müraciət olunur. Ancaq ən əsası öz daxili həkimliyinlə həkimin müalicəsi üst-üstə düşməlidir. Bu zaman istənilən xəstəlikdən, o cümlədən, siqaretdən azad olmaq mümkündür. İnsan özü istəməsə mümkün deyil. Sağlamlıq üçün insan təbiətlə bir yerdə olmalıdır. İnsan ayağı torpağa dəyməlidir, təmiz su içməlidir. Həyata baxışını insan dəyişməlidir. Bir dənə siqaret nədir ki, sən onun köləsinə çevrilmisən. Gözünü aç, havaya bax, səmaya bax, buludlara bax, ağaclara bax. Yəni, həyatdan müsbət enerji al, istənilən çətinliyə qarşı bədəninin immunitet sistemini gücləndir. Siqaret çəkənlərin hüceyrələrinin qidalanması pozulduğuna görə onların immunitet sistemi zəifləməyə başlayır.
Ekspert onu da qeyd edib ki, ağacdan, tənbəkidən alınan siqaretlər indi yoxdur:
"Bəzən olur ki, yanında siqaret çəkirlər, qoxudan yaxın durmaq olmur. Ən pis qoxunu verir. Ağacdan, tənbəkidən alınan siqaretlər indi yoxdur. Müxtəlif maddələrdən hazırlanır.
Fikir verin, bu cəmiyyətdə belə bir fikir var ki, kim sarımsaq yeyibsə, o ədəbsizdir. Xeyr. Təbii ki, demirəm çox, gündə bir diş, yarım diş sarımsaq yemək lazımdır. Düzdür, üstündən su içirik, qida və s. qoxu olmur. Şəxsən mən cəmiyyətimizi sarımsaq qoxusuna adət etmələrini istəyərdim. Həm qan durulaşır, həm də güclü antimikrob təsir göstərir. Havadakı mikrobları da öldürür və bədənin sağlamlığına səbəb olur.
Amma siqaret qoxusunu cəmiyyət qəbul edir, sarımsağı yox".
Lalə Qafarova