"Təhsil sahəsində görüləcək uğurlu işlər çoxdur"-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 19:43 16.07.2024

Təhsilin Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun hesabat tədbirində çıxışı zamanı deyib: "Hər il Təhsilin İnkişafı Fonduna 7-8 milyon manat vəsait toplanır".

 

Bəs, toplanan vəsaitlər təhsilin hansı istiqamətlərinə sərf olunur? Gələcək addımlarda əlavə hansı işlər planlaşdırılır?

 

Bu barədə elm və təhsil eksperti Elşən Qafarov "informator.az"a açıqlama verib. Ekspert qeyd edir ki, təhsil sahəsində görüləcək uğurlu işlər çoxdur, göstərilən 7-8 milyon manat eləcə də çox büdcə deyil :

 

"Təhsilin İnkişaf fondu fəaliyyət göstərdiyi müddətdə istər Beynəlxaq şirkətlərlə, istərsə də yerli şirkətlərlə bir sira uğurlu və geniş fəaliyyətlər həyata keçirməyə başlayıb. Bildiyiniz kimi, Təhsilin İnkişaf Fondu 2021-ci ildə ölkə prezidentinin müvafiq sərəncamının əsası ilə yaradılıb. 2022-ci ildən isə fəaliyyətdədir. Təhsilin İnkişaf Fondu yaranarkən Nizamnamə Kapitalı 1 milyon manat vəsait köçürüb. Təhsil müəssələrinin gəlirlərinin də qanunvericiliyə uyğun olaraq, həmin gəlirlərdən fondun hesabına gəlir. Fond fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi uğurlu layihələrdən biri olan və bu yaxınlarda yekunlaşan qızların təhsili ilə baglı layihə olub. Təhsilin Inkişaf Fondunun əsas məqsədi fəaliyyət istiqamətində təhsildə ayrı- ayrı inkişaf layihələrini həyata keçirtməkdir. Bu layihələrə əsasən diqqətli bacariğların yüksəldilməsi, qızların təhsili, təhsildən yayınma hallarinin qarşısını almaq, maarifləndirici istiqamətlərə aiddir".

 

Elşən Qafarovun sözlərinə görə, cəmi 2 il ərzində yaranan bir fondun qısa bir müddətdə fəaliyyəti kifayət qədər qənaətbəxşdir:

 

"Zamanla Təhsilin İnkişaf Fondunun resursları artdıqca onun ayrı-ayrı yeni layihələrin həyata keçirilməsi də artacaq ve ümumiyyətlə Təhsilin İnkişaf fondu ve Təhsil -Tələbə Kredit Fondu son illərdə təhsil inkişaf sahəsində ən uğurlu layihələrdən hesab etmək olar. Təhsilin İnkişaf Fondunun büdcəsi artdıqca daha uğurlu və böyük layihələrin sayı artacaq. Növbəti illərdə Təhsil İnkişaf Fondunun layihələri arasında xüsusən daha çox bizim ümumtəhsil məktəblərində, eləcə də ali təhsil və peşə təhsil müəssələrində xarici dil bilikdən təhsil alanların xarici dil biliklərinin inkişafı ilə bağlı xüsusən daha çox arzulayardıq. Təhsil alanların ümumtəhsildə peşə yönümlü öyrənilməsi ilə bağlı psixoloji tibb sisteminin yaranması kimi görüləcək işlər çoxdur".

 

Nərgiz Orucova