Kərbəla faciəsi

Bölmə: Sosial › ,
Tarix: 23:24 16.07.2024

Bildiyimiz kimi iyul ayının 7-si Məhərrimlik ölkəmizə daxil olub. Kərbəla hadisəsi 16 iyul tarixinə təsadüf edir. Faciə zamanı İmam Hüseyn özü və 72 tərəfdaşı ilə birlikdə şəhadətə ucalıb və islamı yaşadıb.

 

Mövzu ilə bağlı İlahiyyatçı Ağa Hacıbəyli "informator.az" müsahibəsində bildirib ki, Kərbəla və Aşura hər iki ifadə İslam tarixi ilə əlaqədar olan kəlmələrdir:

 

"Tarixin 680-ci ildən başlamaq etibarı ilə Aşura şəhadəti İslam aləmində fərqli şəkildə intişar edib. Aşura şəhadəti ilə yanaşı Kərbəla məktəbinə çevrilib. Bu məsələyə təkcə İslam dünyasında yox, bütün dünya məkanında Kərbəlaya böyük maraq var. HZ. Hüseynin əlif qamətinə baxışlar formalaşır. Dini dinimizdən olmayan, inancı imanımızdan olmayan insanlar belə bu məktəbdən ibrətli dərslərini alırlar. Bu məktəbin Azərbaycan xalqında da özünəməxsus yeri var.

 

Millət olaraq bizim Xocalı dərdimiz var, eyni zamanda millətin qəlbində bir aşura yarası var. Aşura məktəbi özü özünün təbliğ edir".

 

İlahiyyatçının sözlərinə görə, bu məktəbdən ala biləcəyimiz ən böyük dərs insanlıq,axirət dərsidir. Bu məktəb qanla quruldu. HZ. Hüseynin və bütün ailəsinin orada qanı töküldü. Amma əqidəsindən dönmədi: 

 

"Bizdə bir millət olaraq işğal altında olan torpaqlarımızı azad edərkən HZ. Hüseyn mətnindən dərs almışdıq.

Kərbəla məktəbindən danışılarkən, əsasən qardaşlıqdan, birlikdən, sevgidən danışmalıyıq. İmam təkcə hansısa məzhəbin yox, bütün ümmətin imamdır. İmam adından istifadə edib yanlış təbliğat aparmaq olmaz".

 

 

Vüqar Alışov