Şəkərli çayın faydaları və zərərləri nədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 11:58 17.07.2024

"Çay bütün dünyada çox sevilən və mədəni əhəmiyyətli bir içkidir. Çaya şəkərin əlavə edilməsi ilə bağlı mübahisələr şəxsə və sağlamlıq vəziyyətinə görə dəyişə bilər". 

 

Bu sözləri "informator.az"a açıqlamasında qida üzrə ekspert Asim Vəli söyləyib. Onun sözlərinə görə, şəkər çayın dadını və qoxusunu yaxşılaşdırır və acı çay içməyi sevməyənlərin işini asanlaşrır:

 

"Sürətli enerji mənbəyidir. Xüsusilə yorğunluq zamanı və ya səhər saatlarında enerjini artıra bilir. Bir çox mədəniyyətlərdə, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyada çaya şəkər əlavə etmək ənənə və sosial ritualların bir hissəsidir. Qan şəkəri səviyyəsi aşağı olan insanlar üçün sürətli enerji mənbəyidir. Bundan əlavə, miqdarında və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi qəbul edildikdə zərəri çox aşağıdır.

Çox şəkər istehlakı piylənmə, diabet və diş problemləri kimi sağlamlıq problemlərinə gətirib çıxara bilir. Buna görə də şəkər qəbuluna nəzarət etmək vacibdir".

 

Ekspert əlavə edib ki, sürətli enerjiyə ehtiyacımız olduqda, şəkərli çay yaxşı seçim ola bilər:

 

"Ənənə olaraq ictimai tədbirlərdə şəkərli çaya üstünlük verilir. Yay aylarında isti çay içmək əslində tərləməni artıraraq bədən temperaturunun aşağı düşməsinə kömək edə bilir. Bu, xüsusilə isti iqlimlərdə adi bir təcrübədir. Bununla yanaşı isti çayın sərinləşdirici təsirini tam hiss etmək üçün kifayət qədər su içmək də vacibdir.

Lakin bütün bu sadaladıqlarımızla yanaşı yaxşı olardı ki, insanlarımız şəkərə olan ehtiyacını təbii baldan qarşılasınlar. Çaylarını xurma, kişmiş, meyvə quruları ilə içməyə üstünlük versinlər".

 

Nigar Səmədli