Boşanma zamanı əmlak bölgüsü necə aparılır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 18:14 17.07.2024

Bildiyimiz kimi, əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir. Əmlak bölgüsü Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hər iki məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır. 

 

Bəs, boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü necə aparılır ? Əmlak bölgüsünə uşaqların olub, olmamağının təsiri varmı ?

 

Bu barədə "informator.az"a hüquqşünas Esmira Rzayeva açıqlama verib. Hüquqşünas Ailə Məcəlləsində də birgə nikah dövründə əldə olunmuş əmlakın ərlə arvadın bərabər sahib olduğu əmlak növünün sayıldığını bildirib:

 

"Yəni, rəsmi nikah qeydə alındığı gündən ər və ya arvad tərəfindən alınan əmlak onların birgə əmlakı sayılır. Bərabər paylara malikdirlər. Yəni, əmlakın 50% arvadın, 50% ərin olur. Əmlakın bölünməsində uşağın olub, olmamağı rol oynamır. Uşaqlar yalnız valideynlərin vərəsəsi kimi çıxış edirlər. Nikah ləğv olunduğu zaman əldə olunmuş, zinyət əşyası, ipoteka ilə alınmış, evlər onların birgə nikah dövründə əldə etdikləri əmlak sayılır. Zinyət əşyaları qızıl əşyaları sayılır. İstər, qadına istərsə də, ər üçün alınmış olsun. Yalnız toy zamanı bizə taxılan qızıllar qıza çatır. Cehizə nəzər salsaq, nikahın ləğvi zamanı cehizi xanım özü ilə aparır. İstərsə, qadın cehizin pulunu istəyə bilər, istərsə də, yenisi ilə əvəz olunmağını istəyər".

 

Nigar Səmədli