"Sübhaninin dedikləri İranın regional baxış bucağını əks etdirir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:10 17.07.2024
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Bakı-Tehran-İrəvan üçbucağı ətrafında dağıdıcı ruhlu açıqlamaları ilə yadda qalıb. O, Azadlıq radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində Rəsmi Bakı əleyhinə növbəti dəfə sərsəm fikirlər səsləndirib.
Sübhaninin təxribatçı açıqlamaları nədən qaynaqlanır?
Məsələ ilə bağlı politoloq Turan Rzayev "informator.az"a açıqlamasında qeyd edir ki, Sübhaninin bu tip açıqlamaları ilk deyil:
"Onun kimi şəxslərin verdiyi açıqlamalar da onu deməyə əsas verir ki, İranda Prezident dəyişikliyi, xarici siyasətini formalaşdıran əsas struktur Ali Dini Lider İnstitutu, SEPAH-dır. Bu baxımdan da Sübhaninin dedikləri, görünür, İranın regional baxış bucağını əks etdirir. Əslində, reallıq da buradadır ki, İran bu məsələdə biraz qeyri-sabitdir. Lakin qarşı tərəflə bağlı Azərbaycan heç bir zaman siyasi-iqtisadi sanksiyaların içərisində yer almayıb. Münasibətlərin normallaşması da məhz qarşı tərəfin zərurətindən irəli gəlir".
Politoloq əlavə edir ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının olması mümkündür:
"Lakin geniş miqyaslı şəkildə olacağını düşünmürəm. Ermənistanın özünün daxili siyasəti olduqca gərgindir və bu proseslərdən istifadə etmək istəyən qüvvələr də mövcuddur. Bu gün Ermənistanı yeni təxribatlara sövq edən ölkələr var. Azərbaycan isə bu qüvvələri daima geri oturdaraq öz gücünü sərgiləyir. Bu baxımdan hazırda üstün tərəf də Azərbaycandır. Bunları nəzərə alaraq isə deyə bilərik ki, rəsmi Tehranın fəaliyyətləri İrəvanın Azərbaycana qarşı hər hansısa bir fəaliyyətə başlaması üçün kifayət deyil".
Aytac Kərimova