Tramp: ABŞ Tayvanı qorumaq üçün pul ödəməlidir

Bölmə: Siyasət › ,
Tarix: 21:26 17.07.2024

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib: “Tayvan onları (Çinə qarşı) qorumaq üçün ABŞ-a pul ödəməlidir”. 

 

Tramp “Bloomberg Businessweek”ə müsahibəsində seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın Tayvanı qoruyacaqmı sualını cavablandırıb.

 

Tramp ABŞ-ın “sığorta şirkətindən heç bir fərqi olmadığını” və “Tayvanın ABŞ-a heç nə vermədiyini” ifadə edərək əlavə edib: “Tayvan onları qorumaq üçün ABŞ-a pul ödəməlidir. Onların yerində olsam özümü təhlükəsiz hiss etməzdim”.

Tayvanın ABŞ-dakı yarımkeçirici sənayesinin "demək olar ki, hamısını" ələ keçirdiyini iddia edən Tramp, "Onlar bizim bütün çip işimizi aldılar, çox zəngindirlər. Sığorta siyasətindən fərqli olduğumuzu düşünmürəm" dedi.

 

Aprel ayında CHIPS Qanunu çərçivəsində ABŞ-da Tayvanda yerləşən yarımkeçirici TSMC şirkətinə 6,6 milyard dollara qədər birbaşa maliyyələşdirmə və 5 milyard dollara qədər kredit veriləcəyi açıqlandı. ABŞ prezidenti Co Baydenin aprel ayında imzaladığı 95 milyard dollarlıq xarici yardım paketinə əsasən, Hind-Sakit okean regionuna (Tayvan) dəstək üçün 8,1 milyard dollar ayrılıb. 2025-ci il büdcə təklifində ABŞ hökuməti ilk dəfə olaraq Tayvanın özünümüdafiəsini dəstəkləmək üçün 100 milyon dollar xüsusi vəsait ayrılmasını istəyib.

 

Mənbə:The Guardian

Nərgiz Orucova