"Məmurlar artıq başa düşməlidir..."-Deputatdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 19:21 18.07.2024

"Adı var özü yox" misalı elə bil tam olaraq bu mövzuya deyilib.

 

Ünvanlı sosial yardım məsələsi əhalinin rifahı yaxşılaşdırmaq üçün nəzərdə tutulub ?

 

Yoxsa əhalinin səbr kasasını sınamaq üçün ?

 

Ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşların evlərinə baxış keçilirməlidir. Amma artıq neçə aydır ki, baxış keçirilmir. İnsanların gözləri yollarda qalıb.

 

Mövzu ilə bağlı deputat Fazil Mustafa "informator.az"a açıqlamasında bildirib ki, ünvanlı sosial yardımda ən biyabırçı məsələ evə baxış və ya müraciət edən şəxsin imkanı ilə bağlı formal bir qiymətləndirilmənin aparılmasıdır:

 

"Bu imtina üçün düşünülən addımdır. İnsanın həyat şəraiti haqqında kifayət qədər mənbələr var. Evə gəlib ailə şəraitinə baxdıqdan sonra bu məsələni ləngitmək yerinə vaxtında vermək lazımdır. Bu insanları incitmək üçün düşünülən vasitədir. Bu halla yol vermək olmaz. Artıq məmurlar başa düşməlidilər ki, burada yoxsul insanlardan söhbət gedir, onun talei ilə bu cür oyanmaq olmaz. Formal maneələrin aradan qaldırılmasının tərəfdarıyam".

 

Deputat eyni zamanda  uşaq pulu məsələsinə toxunub:


"Uşaq pulu ümumiləşdirilən termindir. Müavinətlərin sayı artırılmalıdır. Davamlı müavinətlərin sıralaması genişləndirilməldir. Bu zaman haqqı çatan digər insanların bu vəsaiti almaq imkanları artır. Ona görə də, biz qismən uşaq pulu formasında verilən müavinətlərin daha əhatəli müavinətə çevrilməsi tələbini etməliyik. Uşaq pulu formatında müavinətin müxtəlif formaları verilir, amma təəssüflər olsun ki, bu az sayda əhali kateqoriyasını əhatə edir. Biz bu kateqoriyanı genişləndirməliyik".

 

Vüqar Alışov