Buzlu suyun insan orqanizminə zərərləri -Həkim RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 13:20 19.07.2024

Son günlərdə ölkəmizdə havanın temperaturu getdikcə daha çox isinir. Buna görə də buzlu suya tələbat daha çox artır. 

 

Bəs buzlu suyun insan orqanizminə zərərləri nədən ibarətdir ?

 

Bu barədə Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti , tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev "informator.az"a açıqlama verib. O bildirib ki, ümumiyyətlə, biz ilk olaraq insan bədəninin temperaturna nəzər etməliyik, çünki insan bədəninin temperaturu yüksək olanda soyuq, qazlı və şirəli sualardan istifadə etməməliyik, əksinə isti havada ilıq sualardan istifadə etmək lazımdır:

 

"Buzlu sualar insan bədənindəki hüceyrələrə zərər verir, bu da insanlarda bir çox xəstəliklərə yol açır. Buzlu suyun insan orqanizmində bir çox mənfi təsirləri var. 

Bunların siyahısına baxdıqda görürük ki, buzlu su ürək döyüntüsünü azaldır, həzmi ləngidir, baş ağrısına, şişkinlik və qəbizliyə səbəb olur, enerji səviyyələrini aşağı salır, dərmanların təsirini azaldır, oynaq ağrılarını oyadır. 

Orqanizimizdə bu kimi halların baş verməməsi üçün qəbul etdiyimiz mayelərə diqqət etməliyik".

 

Mayıl Soltanov