Əziz Əliyev deputatlığa namizədliyini irəli sürüb

Bölmə: Sosial › ,
Tarix: 18:26 19.07.2024

Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Əziz Novruz oğlu Əliyev öz namizədliyini 104 saylı Gədəbəy seçki dairəsindən irəli sürdüyümü rəsmi olaraq elan edib.

 

İnformator.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında paylaşım edib. 

 

Əziz Əliyev media nümayəndələri və həmvətənlərinə müraciət edib:

 

"Cənab prezidentin Zəfər əsaslı "Yeni siyasi vizyon" adlandırdığımız müasir siyasi seçki xəttinə və baxışlarına daimi sədaqətlə çıxdığımız bu yolda əsas məqsədlərimizdən biri kimi yerli və regional inkişaf proqramlarına dəstək olmaqdır.

Bu gün xalqımızın şanlı tarixində yeni bir səhifə açmaq üçün növbəti bir mərhələyə başlayırıq. Azərbaycan xalqı Qarabağın azadlığı ilə tarix yazan Prezident İlham Əliyevin rəhbərliyi altında gücünü və qürurunu dünya səhnəsində nümayiş etdirdi. Qarabağın işğaldan azad edilməsi ilə biz təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, eyni zamanda ədalət və haqq təntənəli şəkildə qalib gəldi. İlham Əliyev müasir dövrün yeganə fatehi və qalib sərkərdəsi olaraq, xalqımızın tarixində və taleyində əbədi hörmətə, dəyərə və qalıcı dəstəyə malik olmaqla bizim ölkəmizdə “Yeni siyasi vizyon” üçün növbəti addımı müəyyən etmişdir: parlament seçkiləri..

Müharibədə əldə edilən zəfər Azərbaycanın hər bir vətəndaşının ürəyində yeni ümidlər və qürur hissi yaratdı. Bu gün gənc nəslin nümayəndələri kimi, vətəndaş olaraq, bu tarixi anı yaşamaq və gələcəyimizə dair böyük ümidlərlə dolu olduğumuzu bildiririk. Qarabağ müharibəsindən sonra ilk dəfə olaraq keçirilən parlament seçkiləri, ölkəmizin yeni bir dövrə qədəm qoyduğunun əyani sübutudur. Bu seçkilər, xalqımızın birliyini və gücünü nümayiş etdirən bir zəfər seçkisi olaraq tarixə düşəcək. Prezident İlham Əliyevin siyasi komandasının təkcə müharibə meydanında deyil, siyasət və digər meydanlarda da əzm və iradə göstərdiklərini unutmamalıyıq. Biz, Azərbaycanın gənc nəsli olaraq, bu ruhu yaşatmalı və ölkəmizin inkişafı və rifahı üçün var gücümüzlə çalışmalıyıq.

Bu gün Azərbaycanın qüdrətli bir ölkə olması üçün hər bir bölgəmiz var gücü ilə İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirməlidir, eləcə də mənim təmsil olunduğum Gədəbəy rayonu. Azərbaycanın bir parçası olan Gədəbəy mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan Gədəbəylilərin “Yeni siyasi vizyon”-da mütləq rolu elə mütləq sədaqəti kimi də davamlı olmalıdır. 

Mövcud siyasi gedişatın və aktual fikrin əsas ideyasındakı mesajlardan biri də, xalqın birliyinin və dövlətin gücünün qorunmasıdır. Bu ruhla, parlament seçkilərində iştirak etmək niyyətindəyik və xalqımızın rifahı, ölkəmizin, bölgəmizin inkişafı üçün çalışacağımızı vəd edirik. Qarabağın azadlığından ilham alaraq, Azərbaycanın daha güclü və parlaq bir gələcəyə doğru inamla irəliləməsində iştirakımızla xidmət etmək üçün səy göstərəcəyik". 

 

Eyni zamanda o, seçkilərin əhəmiyyətindən vurğulayıb:

 

"Bu seçkilər İlham Əliyevin qələbəsinə xalqın dəstək seçkisidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük uğurlara imza atmışdır. Bu uğurların davam etməsi üçün xalqımızın seçkilərdə fəal iştirakı və dəstəyi mühüm əhəmiyyət kəsb edir. Xalqımızın səsi, İlham Əliyevin qələbəsinə olan dəstəyin ən böyük göstəricisidir.

 

Zəfərin davamıdır. Qarabağ müharibəsində qazandığımız zəfər yalnız hərbi sahədə deyil, həm də iqtisadi, sosial və siyasi sahələrdə davam edir. Bu zəfəri daha da irəli aparmaq üçün birlik və bərabərlik içində çalışmalıyıq.

 

Bu , ilk dəfə olaraq, Ermənistandan da müşahidə ediləcək ilk Bütöv Azərbaycan Seçkisidir. Bu seçkilər, Ermənistanla münaqişənin həll olunmasından sonra ilk böyük siyasi hadisədir. Bu seçkilər, Azərbaycanın bütövlüyünün və müstəqilliyinin təntənəsi olacaq və bütün dünyada böyük bir təqdirlə müşahidə ediləcək.

 

Prezident Əliyev üçün Yeni Konyuktura Qurulmasında, yerli əhəmiyyətlidən daja çox Regional və Qlobal Əhəmiyyətli Seçkilərdir. Prezident İlham Əliyevin rəhbərliyi altında yeni regional və qlobal siyasi konyuktura qurulmaqdadır. Bu seçkilər, yalnız yerli əhəmiyyət kəsb etmir, eyni zamanda regional və qlobal əhəmiyyətə malikdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün bu seçkilər mühüm rol oynayacaq.

 

Bu seçkilər "Böyük missiya" seçkiləridir. İlham Əliyevin böyük missiyası, Azərbaycanın inkişafını və dünya arenasında mövqeyinin gücləndirilməsini təmin etməkdir. Mən də bu missiyanın bir parçası olaraq, xalqımızın rifahı üçün çalışmaq istəyirəm".

 

Sonda Əziz Əliyev Gədəbəy bölgəsindən və buradakı seçki dairəsində namizədliyini irəli sürməsindən bəhs edib:

 

"Gədəbəy bölgəsi həmişə qəhrəmanlıq tarixi və qəhrəmanlarla zəngin olduğu üçün müasir zəfərin də əsas əsgərləri, şahidləri və tərəfləri kimi ön planda olmuşdur. Qəhrəman gədəbəylilərin gənc nümayəndəsi olaraq xalqımızın səsini Milli Məclisdə layiqincə təmsil etmək istəyirəm. 

 

Ona görə də, mən, Əziz Əliyev Gədəbəy 104 saylı seçki dairəsindən deputatlığa namizədliyimi rəsmi olaraq elan edirəm və xalqımızın, seçicilərimizin dəstəyini qazanmaq üçün bu yola çıxdıq".