Avtomobil yollarında yeni monitorlar: Əhəmiyyəti nədir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:38 19.07.2024
Avtomobil yollarında yeni monitorlar quraşdırılıb. Bu monitorların əsas məqsədləri nədən ibarətdir? Həmçinin nə dərəcədə əhəmiyyətlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında bildirib ki, müasir radarların gətirilməsi müsbət addım kimi qiymətləndirilir :
"Yeni müasir radarların gətirilməsi təqdirə layiq bir addımdır. İctimai qınaq obyekti kimi də qiymətləndirilə bilər. Kimsə sürət həddini aşarsa, orada öz nömrəsini görəcək. Həmçinin cəmiyyət bunu müsbət qarşılamayacaq".
Ekspert radarların əhəmiyyətindən danışıb :
" Radarların əhəmiyyəti çox müsbətdir, çox dinamikdir. Digər bir məsələ isə bu monitor radarların ümumi istifadəsi üçün əlçatanlığının rahat olmasıdır. Bu nə deməkdir? İnsanlar belə radarlarda heç vaxt ehtiyatla davranmayacaqlar. Onlar bu radarların iş prinsipini bildikləri üçün ənənəvi radar sistemindən daha obyektiv və islah olunmuş kimi olacaq. Yəni, onlar bunu görəcəklər".
Lalə Qafarova