İnsanları bürclərə görə dəyərləndirmək olar?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:38 22.07.2024

"Dünyada milyardlarla insan var və sadəcə 12 bürc var. Hər bir insanın müəyyən bürcün xüsusiyyətlərini daşıması, onları eyniləşdirmək düzgün deyil. İnsanları bürclərə görə dəyərləndirmək olmaz".

 

Bu sözləri informator.az-a açıqlamasında astroloq Aytən Salami bürclərin insanların həyatında və xarakterindəki rolundan bəhs edərkən söyləyib. 

 

Onun sözlərinə görə, bürclər insanların həyatında onların daxili xarakterlərini göstərən vasitədir:

 

"Astrologiya deyir ki, bir insan bir bürcdən ibarət deyil, bizim proqnozlarda eşitdiyimiz bürclər günəş bürcləridir ki, ancaq daxili xarakterimizdən xəbər verir.

 

Hər bir insanın bürcündən əlavə doğum xəritəsi var ki, insanın doğum tarixi və doğum saatı əsasında müəyyən olunur. Bunun üçün insanın doğulduğu coğrafiya, şəhər də önəmlidir. Göy üzərindəki planetlərin, astroidlərin, ulduzların hərəkət planı göstərilir və astroloqlar bunu analiz edirlər. Analizdə insanın həyat yolu, münasibətləri, maddiyyatı, işi, ailəsi ümumilikdə hər şeyi detallı şəkildə göstərilir. İnsanlar doğum xəritəsinə görə bir-birindən ayrılır. Hər bir doğum xəritəsində 36600 kombinasiya mövcuddur ki, astroloqlar onların hamısını dəyərləndirə bilmək şansına sahibdirlər".

 

Astroloq sonda vuruğulayır ki, oxşar talelər, qismətlər ola bilər, lakin heç bir insanın doğum xəritəsi digər bir insanla eyni ola bilməz.

 

Zəhra Həsənova