“www.icazeler.gov.az” portalının istifadəçilərinin sayı artır
Bölmə: İqtisadiyyat › ,Tarix: 14:21 19.05.2015
“www.icazeler.gov.az” portalının istifadəçilərinin sayı artır. İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən aprel ayında 8000-ə yaxın, indiyədək isə 360 minə yaxın internet istifadəçisi yararlanıb.
Nazirliyin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, aprel ayında portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Rusiya, Hindistan, Çin, Ukrayna və Türkiyədən olan istifadəçilər də müraciət edib.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 154 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.