Yeniyetməlik dövründə niyə aqressiya artır?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 10:48 23.07.2024
Yeniyetməlik uşaqlıq dövründən yetkinlik dövrünə keçiddir. Bu dövrdə yeniyetmələr daha aqressiyalı, daha qəzəbli ola bilirlər. Bu hal valideynləri narahat edir. Maraqlıdır, yeniyetmələr nə üçün bu dövrdə daha aqressiyalı olurlar ?
Mövzuyla bağlı psixoloq Nabat Mirzəyeva informator.az-a açıqlama verib. Psixoloq bu aqressiyanın yaranmasının əsas səbəbinin sosial şəbəkələr, telefon oyunları olduğunu qeyd edib:
"Yeniyetmələrin hər birinin özünəməxsus dünyaları var. Yeniyetmə psixologiyası tamam fərqli bir psixologiyadır. Onlar elə bir yaş dövründə olurlar ki, nə böyük nə də uşaq yaşında olurlar. Yeniyetmələrin aqressiyalı olmasına səbəblər çoxdur. Əsas səbəb isə oynadıqları oyunlardır. Telefon daxilindəki oyunlar, o şüuraltı məlumatlar yeniyetmələri şiddətə yönləndirir. Oyunlarda uduzmaq , oyunlardakı o məlumatlar uşaqlarda gərginliyi yaradır. Bu oyunların ötürdüyü şüuraltı təsirlər, məlumatlar yeniyetmələrdə aqressiyanın , qəzəbin, nifrətin və şiddətin yaranmasına səbəb olan bir yoldur. Aqresiyyanın yaranma səbəblərinə sosial şəbəkələrdə daxildir. Gələcəyə doğru tez böyümək, tez yetkinlik yaşına çatmaq , daha rahat telefona baxmaq, telefondakı sosial şəbəkələrdən azad istifadə etmək bəzi yeniyetmələrin bu dövrdə istəklərindən biridir. Sosial şəbəkələr bəzi yeniyetmələrdə hövsələsizlik yaradır. Belə sosial şəbəkələrdə-TikTok, İnstagram və.b-da olan reelslər və videolar yeniyetmələrə təsir göstərir. Bu sosial şəbəkələrdəki qısa zamanlı videolar yeniyetmələrdə maraq yaradır. Yeniyetməlik dövrünü keçmiş böyüklər, yetkin insanlar bu reelslərin , videoların təsirində qalmır. Ancaq yeniyetmələr hormonların dalğalanan və balanslanacağı bir dövrdə olduqları üçün bu videolar onlara təsir edir, bu vəziyyət onlarda hövsələsizlik yaradır. Onlar sanki işlərində, həyatlarında hər şeyin həmin o bir dəqiqəlik, az zamanlı videolar kimi tez olub bitməsini istəyirlər. Və həyatı da bəzən bu çərçivədə görürlər".
Zeynəb Mustafazadə