Evlərin coğrafi mövqeyi təhlükə riskini artırır?-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 18:28 23.07.2024

"Evlərin yerləşdiyi yerin coğrafi mövqeyindən asılı olaraq, həmin ərazidə gözlənə biləcək bütün təhlükə hisslərinə qarşı, yəni, sürüşmə zonasıdırsa, sürüşmə təhlükəsinə qarşı; uçqun zonasıdırsa, uçqun təhlükəsinə qarşı; sel daşması zamanı yarana biləcək təhlükələrə qarşı; seysmik cəhətdən aktiv yerdə yerləşirsə, tikinti zamanı bunların hər biri təhlükə hissləri nəzərə alınır".

 

Bu sözləri "informator.az"a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev söyləyib. Ekspertin sözlərinə görə, evlər tikinti normativinə uyğun aparılıbsa, onun harada yerləşməsinin ciddi təhlükə riski olma ehtimalı yoxdur:

 

"Bu kompres görülən və kompres yanaşmalı olan məsələdir. Əgər tikili istər fərdi yaşayış evləri, istər çoxmənzilli yaşayış binası, istərsə də qeyri yaşayış sahələri olsun, tikinti normativinə uyğun aparılıbsa, onun harada yerləşməsinin ciddi təhlükə riski olma ehtimalı yoxdur.

 

Təbiki digər məsələlər də nəzərə alınmaqla yəni ərazinin infrastrukturu, ərazidən keçən kommunikasiyalar, ərazidə məskunlaşmanın sıxlığı və.s bunlar hər biri, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə insanlar fərdi yaşayış evi də tikərkən, ərazidə hansı təhlükə hisslər ola bilər, ərazi seysmik, vulkanik, sürüşmə zonasında, sel yatağında yerləşirsə və.s bütün bu hisslər nəzərə alınmalıdır. Ondan sonra artıq istər tikinti prosesinə, istərsə də məskunlaşma prosesinə qərar verilməlidir".

 

Aysel Ağakərimova