Diplom, ali təhsil, yoxsa "camaat nə deyər" ?-RƏY
Bölmə: Sosial › ,Tarix: 18:36 23.07.2024
Hər il minlərlə abituriyent universitetlərə müraciət edir. Müraciət edənlərin əksəriyyəti savadına uyğun ixtisas və universitet seçir. Amma bəzi abituriyentlər təkcə diplom almaq və ya "universitet oxumasam camaat nə deyər ?" düşüncəsi ilə universitetlərə müraciət edirlər.
Bəs, əslində universitetdə təhsil almaq nə üçün lazımdır?
Mövzuyla bağlı daha ətraflı təhsil eksperti Vüsal Kərimli informator.az-a açıqlama verib. Ekspert qeyd edib ki , son illərdə univeritetlərə savad üçün müraciət edən abituriyentlərin sayı çoxalıb:
"5 il öncə olsaydı, deyərdim, abituriyentlər təkcə diplom üçün və ya "camaat nə deyər?"düşüncəsi ilə universitetə müraciət edirlər. Sadəcə diplom üçün və ya "qonşunun uşağı universitetə qəbul oldu məndə qəbul olmalıyam" deyə düşünənlərin faizi hazırda daha azdır. Müasir dövrdə savad üçün universitetə müraciət edən abituriyentlərin faizi daha çoxdur. İnsanlar artıq anlayırlar ki, təhsil almaq onların savad əldə etməsinə və gələcəkdə iş tapmağına və ya iş qurmağına əsas səbəbdir. Son zamanlar tələbələrin universitetlərdəki bacarıqları, aktivliyi həmin tələbələrin savad üçün, təhsil üçün universtetlərə müraciət etdiklərinə əsas sübutdur".
Zeynəb Mustafazadə