Məişət avadanlıqlarından istifadə edərkən diqqət edilməli məqamlar -RƏY

Bölmə: Sosial › ,
Tarix: 12:39 24.07.2024

Gündəlik həyatımızda məişət avadanlıqlarından geniş istifadə olunur. Bəs bu cihazlardan istifadə edərkən hansı qaydalara riayət etməliyik?

 

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev "informator.az"a açıqlamasında diqqət etməli olduğumuz məqamlara toxunub:

 

"Birinci növbədə məiṣət və elektrik avadanlıqlarını çalışdırarkən həmin avadanlıqların saz vəziyyətdə olmasına diqqət yetirmək lazimdır. Bu cür avadanlıqların elektrik cərəyana qoşulması zamanı elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Elektrik təsərrüfatının elektrik yükü götürmə qabiliyyəti nəzərə alınmalıdır. Evdə həm paltaryuyan, həm də qabyuyan, kondisioner, soyuducu, televizor kimi digər elektrik ve məişət avadanlıqları hər biri eyni anda çalışdıqda elektrik şəbəkəsinin yüklənməsinə səbəb olur ki, nəticədə qızma, qısaqapanma alışma və yanğını qaçırmaz edir".

 

Ekspertin sözlərinə görə, mənşəyi və sertifikasiyası məlum olan avadanlıqlardan istifadə edilməlidir:

 

"Hər hansısa bir qisaqapanma ve yaxud nasazlıq səbəbindən yanğın kimi digər cərəyan keçirməsi hadisələr meydana gəlməsin. Elektrik avadanlıqlarının özünün istismarı zamanı mütləq təhlükəsizlik qaydalarına riayət etməklə proseslərin heyata keçirilməsi lazımdır. Uşaqların elektrik cihazları və avadanlıqları ilə davranışı yalnız valideyn nəzarəti ilə həyata keçirilməlidir. Evi tərk edərkən elektrik avandanlıqlarının və cihazlarının cərəyanda saxlamamaq lazımdır. Bunların hər birini məsuliyyətlə yerinə yetirdikdə insanların əmlakına ziyan dəyməz və xəsarət alan olmaz".

 

Nərgiz Orucova