"Əvvəllər analar uşaqlara lay-lay deyərdilər, indi smartfonlar..."-RƏY

Bölmə: Sosial › ,
Tarix: 12:53 24.07.2024

"Pedoqoji aləmdə bir məsəl var, əvvəllər analar uşaqlarına lay-lay deyərdilər, indi smartfonlar uşaqlara lay-lay deyir".

 

Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Əfsanə Rüstəmova söyləyib. O bildirib ki, müasir dövrün "ağıllı" insanlarının ən böyük köməkçiləri onları düşünməyə qoymayan və onların işini asanlaşdıran ağıllı alətlərdir:

 

"Bu ağıllı alətlər insanların həyatını rahatlaşdırmaqla yanaşı, insanın bir növ həyatını yüngülləşdirməsinə xidmət edir. Telefonlar bizim həyatımıza çox əvvəlki, dönəmlərdən daxil olub. Əvvəllər telefonlar əlaqə yaratmaq üçün idi. Onların ölçüləri indikindən fərqli idi. Zaman keçdikcə, inkişaf olduqca, insanlar düşündülər ki, onun ölçüsünü daha da kiçildə bilərlər. Smartfonlar həyatımıza sadəcə iş və oyun anlamında ya da, asudə zamanın səmərəli keçirilməsi anlamında daxil olmadı. Smartfon həyatımıza bizim özümüzün insani funksiyalarımızı yerinə yetirən bir xidmətçi kimi daxil olub. Mövzuya istinadən, əvvəllər valideynlər uşaqlar üçün bir zaman yaratsınlar, onları əyləndirsinlər. Valideynlər də onları müşahidə etsin, onların qabiliyyətlərini aşkarlaya bilsin".

 

Psixoloqun fikrincə, hazırkı dönəmdə smartfonlar valideynlərin yaxşı və pis anlamda yükünü əlindən alır:

 

"Əlbəttə ki, onların işlərini rahatlaşdırır. Bu qədər fayda verən smartfonun zərərinin də olma ehtimalı, əlbəttə ki, müzakirə olunan məsələdir. Yuxarı yaşıdlı insanlar aludəçiliyinə çevrildiyi telefondan zərər görməyə başladı. Bu, zərərin qarşısını almaq üçün psixoloqa, nevroloqa və.s müraciət etdilər. Bundan sonra, smartfonun həm də, zərəri olduğu üzə çıxmağa başladı. Əslində, faktiki bilinən smartfonlar uşaqların həyatına təsir edir. Böyüklərə təsir edən bu, alətin mütləq uşaqlara da, təsiri vardır. Məsələn, uşaqların həyatından telefonu çıxartmaq istəyirik, bəs onun yerinə nə qoya bilərik. Telefon qədər bizi həyəcanlandıran bir şey tapıb, onun yerinə qoymalıyıq. Özəl məktəblərdə, telefon mütləqdir. Onların dərslərini yerinə yetirmək üçün, telefonları olmağı mütləqdir. Hazırda təhsilin bir parçasına çevrilən, smartfonları biz anidən uşaqların həyatından çıxara bilmərik". 

 

Əfsanə Rüstəmova əlavə edib ki, "smartfon uşaqlara ziyandır, gəlin onların həyatından çıxardaq", belə şüarları işlətmək düzgün deyil:

 

"Məsələ buradadır ki, elə, insanlar var ki, telefonu əlinə alıb, faydasız işlərlə məşğul olurlar, telefonu kənara qoyanda deyirlər ki, gör mən beləyəmsə, mənim uşaqlarım və digərləri telefondan nə qədər zərər görürlər. Halbuki, bəzi insanlar telefon vasitəsilə dünyada baş verən hadisələri araşdırır, kitab oxuyur, ya da hər hansı araşdırmanın parçası olmaq üçün, telefonun yazı funksiyasından istifadə edir. Belə, insanlar telefona zərərverən, vasitə kimi baxmır. Klassik anlamda izah etsək, biz bıçaqla həm adam öldürə bilərik, həm də çörək kəsə bilərik. İnsanlar heç bir mövzudan narahat olmamalıdırlar. İnsanlar özlərinin niyyətlərindən, planlarından narahat olmalıdırlar. İnsanlar alətlərdən qorxmamalıdır, çünki, alətlər onların işinə, planına xidmət etmək üçündür. Buna görə də, insanlar işlərindən, planlarından qorxmalıdırlar. Tək alət qorxulu deyil, o, alətin yanına insan və ya insanın niyyətini əlavə elədikdə, o, alət qorxuluya çevrilir".

 

Nigar Səmədli