Mənzil alarkən nələrə diqqət etməliyik?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 13:11 24.07.2024

İnsanlar mənzil alarkən həm büdcələrinə uyğun olmasına, həm də yaşayış şəraitinin onları qane etməsinə önəm verirlər. Amma bəzən bu nisbət pozulur. 

 

Bəs, ev alarkən hansı məqamlara diqqət yetirilməlidir?

 

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı "informator.az"a açıqlamasında bildirib ki, ev almağın iki yolu var: 

 

"Ümumi hüquqi prosedurlar evin çıxarışı var, yəni satıcı evini satır mülkiyyətdə olan evi alıcıda evə baxır evi bəyənir və sənədləri ilə tanış olur. Müəyyən bir məbləğdə behləşmə lazımdırsa, bundan ötrüdə notariat kontoruna yaxınlaşırlar və beh müqaviləsi və yaxud ilkin alqı satqı müqaviləsi bağlaya bilirlər. Notariat kontorunda dərhal evin yüklü olub olmamağına dair yüklülük arayışı çıxarılır. Və 40 manat dövlət rüsumudur. Dərhal bəlli olur ki bu ev yüklüdür, yüklü deyil. Yüklü deyilsə qısa müddət ərzində qeydiyyatda kimlər olub olmamasına dair forma iki arayışı tələb olunur və qeydiyyatda olan adamlar könüllü şəkildə qeydiyyatdan çıxarılır. Bunu notariat kontorunda müəyyən etmək mümkündür. Və bundan sonra alqı-satqıya gedir. Alqı satqıya gedilərkəndə natoriat kontoru əgər birgə nigah dövründə əldə olunan əmlakdırsa ərin və yaxud arvadın razılıq ərzəsi alınır. Həddi buluğa çatmış uşaqlar varsa, usaqların razılıq ərizəsi alınır. Və yalnız bundan sonra müqavilə bağlanır. Bu prosedurlar olmadan notariat kontoru bu əməliyyatı həyata keçirməyəcək.

İkinci yol isə klassik Azərbaycan metodudur. Burda əsas, vacib məqam evin mülkiyyətdə olmadığı müəyyən olunursa, bu halda tərəflər öz aralarında sadə bir variantda razılıq əldə edirlər və buna uyğun olaraq addımlarını atırlar. Bu artıq natoriat kontorundan kənar həyata keçirilir və burada vətandaşın aldadılma ehtimalı həddindən artıq böyükdür. Ona görədə biz əksər hallarda məsləhət görürük ki, bu cür variantlara gedilməsin. Əmlak alınırsa çıxarış olan əmlak alınsın. 

Təbii ki bizə, mütəxəsislərə, hüquqşunaslara müraciət edə bilərlər. Buda bir xidmət növüdür. Vətəndaş böyük məbləğdə evin iki faizi, üç faizi əmlakın dəyərində pul ödəyir. Hesab edirəm ki bu gün hüquqi xidmət kifayyət qədər aşağı bir məbləğdir. Cüzi bir məbləğ ödənilməklə hüquqi xidmət əldə edilə bilər".

 

Elnurə Kərimova