SAY: “İrsimİZ” layihəsinə start verilir

Bölmə: Sosial › ,
Tarix: 13:22 24.07.2024

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: İRSİMİZ” layihəsinə start verir. 

 

"İnformator.az" xəbər verir ki, “SAY: İrsimiz” layihəsinin məqsədi gəncləri Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, bu mövzuda maarifləndirməklə  onları milli-mənəvi dəyərlərimizə sadiq ruhda formalaşdırmaqdır. Buraya tariximizi, ədəbiyyatımızı, görkəmli şəxsiyyətlərimizi, tarixi abidələrimizi, toponimləri, milli rəqslərimizi, filmlərimizi, mahnılarımızı, mətbəximizi araşdırmaq daxildir. Layihə çərçivəsində müxtəlif təlimlər, görüşlər, infosessiyalar, praktiki məşğələlər, teatr tamaşaları, rəqs nümayişləri, müzakirə saatları, intellektual oyunlar və digər fəaliyyətlər təşkil etməklə biz gənclərin bilik və bacarıqlarının artmasına, milli irsimizin mahiyyətini öyrənmələri və dəyərləndirmələri üçün cəlbedici və maarifləndirici mühit yaratmağı hədəfləyir. 

SAY hərəkatı altında keçirilən və sayca 9-cu olan "SAY: İRSİMİZ" layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur və 15-19 avqust 2024-cü il tarixlərində Qusar rayon Olimia İdman kompleksində keçiriləcəkdir.

"İRƏLİ" İctimai Birliyi  "SAY: Support of Azerbaijan Youth"  hərəkatı adı altında "SAY:Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm" , "SAY: Volunteering Festival", "SAY: Solidarity", "SAY: Unity" və "SAY: Cümhuriyyət" kimi böyük layihələri həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb.

Layihədə iştirak etmək istəyən gənclər iyulun 28-dək aşağıdakı qeydiyyat linki vasitəsilə iştirakçı ərizələrini təqdim edə bilərlər: 

 (https://forms.gle/2Z61SCUh743owg7k6 ) .