Mövsümi dəyişikliklər ürək sağlamlığına hansı təsirləri göstərir?-Həkim AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 11:33 25.07.2024

Bildiyimiz kimi, mövsümi dəyişikliklər insan orqanizminə təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər.

 

Bəs, mövsümi dəyişikliklərin ürəyə hansı təsirləri var? Qarşısını almaq üçün nə etməliyik?

 

Mövzu ilə bağlı kardioloq Gülanə Ağayeva "informator.az"a açıqlamasında bildirib ki, mövsümü dəyişikliklərin əlbəttə ki, ürək xəstəlikləri üzərində də təsiri var:

 

"Belə ki, yay aylarında həqiqətən də statistik olaraq, ürək xəstəliklərinin daha çox artdığı görülüb. Buna səbəb də, orqanizmdə çox isti havalarda tərləmə nəticəsində baş verən dəyişiklərdir. Orqanizm özünü soyutmaq üçün tərləməyə ehtiyac duyur. Tərləmə zamanı bədənimizdən maye onunla bərabər duz və elektroniklərdə xaric olmağa başlayır. Bu, elektroniklərin xaric olması orqanizmin mübadilə proseslərini pozur, və qanın laxtalanması şərait yaradır. Yay aylarında yüksək miqdarda tərləmə eyni zamanda arterial təzyiqin düşməsinə səbəb olur. Arterial təzyiqimizin düşməsi, orqanizmin mübadilə proseslərini balanslaşdırmaq üçün, ürəyin daha çox işləməsinə ehtiyac duyulur. Ürəyin çox işləməsi də ürək döyüntülərinin artmağına, ürəyin tez yorulmasına, ürək xəstəliklərinin çox yaranmasına yol açır".

 

Kardioloq ürək sağlamlığımızı bütün fəsillərdə eləcədə, yay fəsilində qoruya bilməmiz üçün tövsiyələr verib:

 

"Yay fəsilində bizim diqqət etməli olduğumuz əsas məqam, günün çox isti saatlarında xüsusəndə bu, ürək xəstəliyi olan insanlar üçün keçərlidir. Günün çox istisində günəşə çıxmamaq, axşamüstü sərin havaya çıxmaq, bundan əlavə bol maye qəbul etmək, təbii ki, qidaların rolu da burada böyükdür. Qidalanmada daha yüngül, çox yağlı olmayan, rahat həzm oluna bilən, qidalara üstünlük verilməlidir. Zərərli vərdişləridə unutmaq lazım deyil. Zərərli vərdişlər ürək sağlamlığına mənfi təsir göstərir. Siqaret çəkmək, enerji içkilərindən istifadə etmək ürək xəstəlikləri riskini artırır".

 

Nigar Səmədli