Xaricdə təhsil almaq istəyənlər ehtiyatlı olsun....-RƏY

Bölmə: Sosial › ,
Tarix: 16:21 26.07.2024

İxtisas seçiminə sayılı günlər qalıb və hər il olduğu kimi bu ildə ixtisas seçimi ərəfəsində xaricdə imtahansız təhsil imkanı vəd edən şirkətlər ortaya çıxır. 

Bəs bu şirkətlər nə dərəcədə güvənilirdi?Bu şirkətlər tərəfindən göndərilən tələbələrin diplomları Azərbaycanda tanınırmı?

 

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev "informator.az"a açıqlama verib. Ekspert təəssüflə bildirir ki, ixtisas seçimi dönəmində biz xaricdə təhsil şirkətlərinin artdığını görürük:

 

"Həmin şirkətlər valideynlərə, abituriyentlərə, tələbələrə müəyyən vədlər verirlər və bu vədləri yerinə yetirmirlər və yaxudda ki, şirkətlər müvəqqəti olaraq bir ofis icarəyə götürürlər, müəyyən ödənişlər aldıqdan sonra bu şirkətin nümayəndələrini tapmaqda olmur. Valideynlər də, tələbələr də , abituriyentlər də bir xaricdə təhsil şirkətinə müraciət etmədən əvvəl o şirkəti araşdırmalıdır. Neçə ildi fəaliyyət göstərir? Hansı uğurları var? Gedəcəkləri universitetlərdə təqaüd proqramları və tədris prosesləri ilə maraqlandıqdan sonra öz qərarlarını verməlidirlər".

 

Adil Vəliyev xarici diplomların tanınması məsələsinə də aydınlıq gətirib:

 

"O ki qaldı diplomların tanınmasına bildiyiniz kimi, Azərbaycan təhsil sistemində diplomların tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Sözsüz ki, bizdə əyani və qiyabi təhsil növü tanınır. O da müəyyən şərtləri var ki, bu da həm təhsil aldığı ölkədə qalmaq müddətidir, topladığı kredit sayının uyğun olmasıdır. Yəni bu nüanslara diqqət yetirilməlidir ki, Azərbaycana qayıdanda bu şəxslərin diplomları tanınsın. Çox vaxt görürük ki, təhsil şirkətləri distant təhsil modelini təklif edirlər. Bu zamanda diplomların tanınması ilə üzləşmək olar".

 

Hüseyn İlyasov