Sürücülərin nəzərinə: Hansı cərimələr artırıldı?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:17 29.07.2024

Azərbaycanda cərimələr 20 manatdan 2000 manata qədər artırılıb.

 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.

 

Bu dəyişikliklər hansılardır? Cərimələr sürücü nizam-intizamına necə təsir göstərəcək?

 

Bu barədə Nəqliyyat eksperti Elməddin Muradlı "informator.az"a açıqlamasında bildirib, əsas hədəf yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir:

 

"Sürücüləri nizam-intizama dəvət etmək, qanunların icrasına ciddi nəzarət və digər məsələlərdir. Əsas hədəf insanları qayda pozmaqdan yayındırmaqdır. Ancaq çox təəssüf ki, hədəf budur. Çünki, şüurlu insanlar cərimə ilə, qorxu ilə və s. əməllərlə idarə olunmamalıdır. Onlar anlamalıdırlar ki, bu deyilənlər onların təhlükəsizliyi üçün, həyat və sağlamlığı üçün vacibdir. Cəzaların sərtləşdirilməsi müəyyən qədər dəyişikliklərə gətirib çıxaracaq". 

 

Nəqliyyat eksperti hansı cərimələrin artdığından da söz açıb:

 

"Cərimə sanksiyalarında müəyyən artım baş verdi. Dayanma-durma qaydalarının pozulması ilə bağlı əsas narazılıq var idi. İkinci cərgədə park edilən avtomobillərlə bağlı sürücülərə dəfələrlə xəbərdarlıq olunur. Çünki, ikinci cərgədə park etmək, avtomobilləri saxlamaq digər hərəkət iştirakçıları üçün çətinlik yaradır. Bu insanlara dəfələrlə deyilsə də xeyri olmur. Bu gün artıq onlar 20 manat yox, 80 manat cərimə olunacaq və əlavə 2 bal.

Avtobus zolaqları ilə bağlı dəfələrlə xəbərdarlıq olundu. 40 manatlıq cərimə oldu 100 manat və əlavə 2 bal.

Səkilərdə avtomobillərin park edilməsi onlar üçün ayrıca maddə əlavə olundu 60 manat cərimə var. 

Belə olan halda digər məqamlara da diqqət çəkmək lazımdır. Yol ayrıcının keçmə qaydası ən böyük problemlərdən biridir. Sürücülər görürlər ki, qarşıda tıxac var amma yenə də yol ayrıcına daxil olurlar və nəticədə ciddi problem yaşanır. Yolda tıxac artır, sağdan və ya soldan gələnlərin yolu kəsilir. İşıqforda hərəkət etmək, sərnişin daşıma qaydalarını, yükdaşıma qaydalarını pozmaq və bu kimi bir sıra xətalar təəssüf ki, yenədə baş verir və sayı da çoxdur. 

 

Ümid edirəm ki, dəyişikliklər hansısa formadan təsirini göstərəcək".

 

 

Aslanova Fatimə