Azərbaycanda enerji sektoru nə dərəcədə inkişaf edir?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 16:40 29.07.2024
"Hazırda ölkədə enerji sektorunda böyük həcmli texnoloji inkişaf həyata keçirilir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli söyləyib. Onun sözlərinə görə, neft hasilatının azalması yeni texnologiyanın tətbiqinə sövq edir:
"Bizim ölkəmizin tarixən təbii resurslarla zəngin olub. Artıq, neft hasilatında azalma var. Buda yeni enerji texnologiyanın tətbiq edilməsinə sövq edir. Ölkədə alternativ yaşıl enerjinin istehsalı üzrə geniş miqyaslar aparılır. Ölkəmizin bununla bağlı iqtisadi potensialı var. Təşviq edərdim ki, hər bir ev təsərrüfatları yaşıl enerji, günəş enerjisi ilə təmin edilə bilər, və əlavə enerji ixrac edilə bilər. Bununla bağlı böyük beynəlxalq layihələr həyata keçirilir. Qara dənizin dibinə Gürcüstan və Ruminiya artıq, enerji kabeli uzanır. Hesab edirik ki, bu, gələcək üçün ölkənin enerji inkişafına geniş imkanlar yaradacaq. Yeni texnologiyaların tətbiqinə və mütəxəssis bazasının genişləndirilməsinə imkan verəcək. Digər tərəfdən də, sözsüz ki, ölkəmizin ətraf mühitinin qorunmasında və işğaldan azad olunmuş bölgələrin yaşıl enerji ilə təminatında imkanlar verəcək. Qarabağın iqtisadi zonası və Şərqi Zəngəzurun iqtisadi zonası bu, sahədə geniş imkanlara malikdir. Bu, həm resursların inkişafında həm də ki, yenidən qurulma prosesində yeni texnologiyanın tətbiq olunmasına geniş imkanlar verir".
Nigar Səmədli