Minimum əməkhaqqı artacaq?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:54 30.07.2024

Minimum əməkhaqqının artırılması barədə müzakirələr davam edir.

2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb.

Minimum əməkhaqqında nə qədər artım gözlənilir? Proses hansı aylarda nəzərdə tutulur?

 

Bu barədə iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlama verib. O, güman edir ki, minimum əməkhaqqında 10-15% arası artım olacaq:

 

Əmək və Əhalinin sosial müdafiə nazirliyi noyabrın 1-nə qədər təkliflərini hazırlayıb hökümətə təqdim ediləməyi gözlənilir. Minimum əməkhaqqının sonuncu artımı 1 yanvar 2023-cü ildə olub. 2024-cü ildə artım olmayıb. Hər il artım olmur, belə bir məcburiyyət yoxdur.

Minimum əməkhaqqı 2023-ün yanvarın 1-dən artırılıb. Həmin vaxt 8,8% təqribən 9% inflyasiya olub. 2024-cü ildə 3,5%-4% inflyasiya gözlənilir. Yəni bu hardasa 2 ilin toplanmış inflyasiyası 13% ətrafında olacaq. Güman edirəm ki, hökümət bu ətrafda artıma gedəcək.

Əməkhaqqının artırılması yanvarın 1-dən gözlənilir".

 

Aslanova Fatimə