Təzyiq hansı səbəblərdən yaranır?-Həkim RƏYİ
Bölmə: Sosial › ,Tarix: 15:21 02.08.2024
Niderlandın Erasmus Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, yüksək qan təzyiqi (xüsusilə diastolik, "aşağı") qadınlarda miqren inkişaf riskini artırır.
Bəs, təzyiq ümumiyyətlə nədən qaynaqlanır və nələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, miqren beyin damarlarının boşalması ilə əlaqələndirilir. Miqren özü beyin damarlarının tonusunun düşməsidir.
"Qan təzyiqi damarların xüsusən zədələnmiş damarların, müəyyən maddələr mübadiləsində xolesterin mübadiləsi pozulur. Həll olunmayan yağlar bunun damar divarlarını tuturlar və damarların elastikliyi aradan qalxır. Bununla da, qan təzyiqi ortaya çıxır. Ürək sistemi, böyrək sistemi, sinir sistemi təzyiqlər bunlarla əlaqəlidir. Təbii ki, uşaqlarda da, təzyiq mövcud ola bilir. Nəsil, genetik məsələsi rol oynayır. Təzyiqin artıq çoxalması düzgün qidalanmamaq, stress, gərginliklər, təmkinsiz işlər görmək, həyata baxışda təmkinin azalmağı, nevroz, nevroza bənzər hallar bunların hər biri insanlarda qan təzyiqinin dəyişməsinə, insultların ortaya çıxmasına səbəb olur. Qan təzyiqinin dəyişməsi beyin damarlarında əgər, dəyişiklik ortaya çıxırsa, miqrenə meyillilik varsa, mütləq ki, ortaya çıxmalıdır. Məsələn, insanlarda eyni hal ola bilər ki, bir insanda nəsə patologiya verir, digərində başqa patologiya verir. Hansı orqanın zədələnməsi, zəif olması, maddələr mübadiləsinin tez-tez dəyişkənliyi və bu kimi hallar hər kəsdə, eyni ola bilmir".
Ekspert sonda əlavə edib ki, uşaqlarda təzyiqin düşməsi və ya qalxması normal dərəcədə hər gün baş verir. Patoloji olaraq, düşüb-qalxması isə müalicə tələb edir.
Nigar Səmədli