Eynəkdən azad olma əməliyyatı niyə sığortaya daxil deyil?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 16:18 02.08.2024
Dövrümüzdə böyükdən kiçiyə demək olar hər kəsin gözündə eynək var. Bu eynəklər uzağı və ya yaxını zəif görənlərin gözlərinin zəiflik dərəcəsinə görə fərqlənir. Son zamanlarda isə excimer lazer əməliyyatı ilə eynəkdən tamamilə azad olmaq mümkündür.
Bəs bu əməliyyatın İcbari tibbi sığorta ilə olunmamasının səbəbi nədir?
Məsələ ilə bağlı İcbari tibbi sığortadan "informator.az"a açıqlamada bildirilib ki, icbari tibbi sığortanın "Xidmətlər Zərfi"nə rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhalinin əlillik və ölüm faizi yüksək olan, davamlı artım müşahidə olunan xəstəliklər daxil edilib:
"Habelə, "Xidmətlər Zərfi" təkmilləşdirərkən beynəlxalq təcrübə, vətəndaşların müraciətləri, ixtisaslı həkimlərin rəyləri nəzərə alınıb.
Qeyd edək ki, Excimer lazer əməliyyatı vasitəsilə bərpası nəzərdə tutulan “miopiya”,” hipermetropiya”, “astiqmatizm” diaqnozlu göz refraktif fəsadlarının eynək vasitəsilə də aradan qaldırılması mümkündür. Sadalanan diaqnozlu xəstəliklərlə əlaqəli xidmətlər, oftalmoloqun müayinəsi, eynək təyinatı və digər radioloji, instrumental müayinələr “Xidmətlər Zərfi”ndə öz əksini tapıb".
Hüseyn İlyasov