"Səfər Ukrayna-Türkiyə münasibətləri üçün önəmlidir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:59 02.08.2024

Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyədə səfərdədir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, həmkarı Yaşar Gülərlə görüşüb.

 

Səfəri "informator.az"a şərh edən və proqnozlar verən politoloq Əhəd Məmmədli bildirib ki, Ukraynada ordu iyerarxiyası belə qurulub ki, orada prezident Ali baş komandan deyil: 

 

"Müdafiə naziri var, Ali baş komandan quru qoşunlarının rəhbəri sayılır. İstənilən halda Ukrayna Müdafiə Nazirinin Türkiyəyə səfərində nəzərə almalıyıq ki, Ukrayna Müdafiə Naziri Türk kökənlidir. Yəni Kırım tatarlarındandır. 

Ukraynanın düşdüyü çətin vəziyyəti nəzərə alsaq cəbhə boyunca Qərbdən istədiyi silahları istədiyi səviyyə də, istədiyi sürətlə ala bilmir. Bütün bunları götür- qoy edəndə Türkiyə səfəri əlbəttə önəmlidir. Orada razılaşmalar, silah tədarükü əlbəttə müzakirə ediləcək. Unutmayaq ki, Rusiya Ukrayna müharibəsinin başlanğıcında Türkiyə bayraktarlarının Rusiya texnikalarını zərərsizləşdirməkdə çox böyük önəmi olub. Hətta Ukrayna hərbiçiləri bayraktara bir mahnı da bəstələyiblər. Bu səfər Ukrayna- Türkiyə münasibətlərinin yaxınlaşması üçün önəmlidir. Mən bu səfəri müsbət sayıram".

 

Banuçiçək Kalbalıyeva