İrlandiyanın baş naziri Ukraynaya daha çox maliyyə dəstəyi vəd edib

Bölmə: Dünya › ,
Tarix: 10:47 25.02.2025

"İrlandiya bütün cəbhələrdə və bütün sahələrdə daha çox maliyyə yardımı göstərəcək və bu cəbhədə öhdəliyimizi gücləndirəcək".

 

Cənab Martin həmçinin bildirib ki, Rusiya Ukraynaya təcavüzünə görə mükafatlandırılmamalıdır. Konfrans üç ildir davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan mübahisəli ABŞ-Rusiya danışıqları fonunda keçirilib.

 

Zelenski Səudiyyə Ərəbistanında sülh danışıqlarına dəvət olunmayıb və keçən həftə ABŞ prezidenti Donald Tramp onu “seçkisiz diktator” adlandırıb. Əksinə, bir çox Qərb liderləri, o cümlədən cənab Martin, Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya dəstəklərini ifadə edirlər.


Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:BBC news