Qaxda “Yaş əngəl tanımır” adlı üçüncü tədbir keçirilib
Bölmə: Sosial › ,Tarix: 18:01 17.07.2024
17 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qax rayonunda tədbir keçirildi.
Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, layihə rəhbəri Yeganə Ağazadə, psixoloq Arzu Səlim iştirak etdilər.
Tədbiri giiş sözü ilə təşkilatın sədri İradə Polad açaraq bildirdi ki, dünyada yaşlı insanların sayı getdikcə artır. İnsan yaşla bağlı təqaüdə çıxanda onun sosial vəziyyəti, cəmiyyətdə, ailədəki rolu dəyişir. Bu qeyri-müəyyənlik çox vaxt yaşlı insanların psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. Onlar hiss edirlər ki, həyat təcrübələrinə, biliklərinə, istedadlarına daha əvvəlki kimi tələbat yoxdur. Bu durumlarda onlara təcili olaraq ünsiyyət, faydalılıq hissi və bəzi işlərdə iştirak lazımdır. Təbii ki, yaşlı bir insana xəstəlik və maddi çətinliklərə baxmayaraq, yaşamaq və gündəlik problemləri həll etmək, sürətlə dəyişən dünyada öz yerini Dünyanın əksər ölkələrində yaşlı insanlara yönələn, sağlam həyat tərzini təşviq edən layihələr icra olunur. Məsələn, onların psixososial problemlərinin həllinə kömək etmək üçün ünsiyyət klubları şəbəkəsi, dərnəklər və s. yaradılır. Yaşlı insanlar üçün maraq klubları həmçinin pensiyaçıları sağlamlıq ekskursiyaları, oyunlar, əyləncələr, rəqslər, müalicəvi və profilaktik məşqlərdə iştirak etməyə dəvət edir. Qocalar krossvord həll etməyi, radio dinləməyi, qəzet-jurnal, kitab oxumağı sevirlər. Stolüstü oyunlar isə təqaüdçülərin ən sevimli məşğuliyyətlərindən biridir. Bu cür fəaliyyətlər sayəsində fərdlər bir komandada birləşir, təkliklərini unudur, öz aralarında ünsiyyət qururlar. Hətta xarici təcrübədə sevib ailə quran qocalar da olur.
Psixoloq Arzu Səlim yaşlı insanlarla, gənclər arasında ünsiyyət haqqında danışdı. Yaşlılara evdə, küçədə gənclərin onlara necə münasibət göstərmələrini soruşdu. Ahıllardan biri, Əhməd bəy gənclərin münasibətindən razı qaldığını bildirdi. Evdə nəvələrinin, küçədə isə gənclərin hər zaman ona kömək etdiyini dedi.
Tədbir çay süfrəsi arxasında səmimi söhbətlə davam etdi.