SSRİ dövründə fəaliyyət göstərən vətəndaşların pensiyası necə hesablanır?-Ekspert AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 18:33 05.08.2024

Elə insanlar var ki, onlar əmək fəaliyyətlərinin böyük hissəsi Sovet dövrünə təsadüf edir. Yəni Sovet dövründə işləyiblər. Bu insanlar pensiyaya çıxarkən onların alacaqları məbləğ  necə hesablanmalıdır ? Sovet dövründə olan fəaliyyət bu gün nəzərə alınırmı ?



Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov  "informator.az"a açıqlamasında bildirib ki, istənilən halda sovet dövründə belə əmək fəaliyyəti nəzərə alınır:

 

"Belə ki, 2006-cı ildə pensiyalar haqqında qanunun təsdiq edilməsi və yeni sığorta əsaslı mexanizmə keçiddən sonra SSRİ dövründə əmək fəaliyyətinin pensiya hesablanması zamanı nəzərə alınması məqsədi ilə mexanizmlər yaradıldı. Bu mexanizmə əsasən SSRİ dövründə vətəndaş nə qədər illər ərzində fəaliyyət göstəribsə, o 307 manata vurulur və bu pensiya kapitalına əlavə olaraq hesablanır. Alınan məbləği 2006-cı ildə vətəndaşın sığorta hesabına daxil edirlər. Daha sonra hər il müddətində indeksləşdirmə aparılarkən bu məbləğ artırıla- artırıla gedir. Deyək ki, vətəndaş 2024-cü ildə pensiyaya çıxacaq. Ötən 18 il ərzində hər il əmək pensiyaları haqqında qanununa tələbinə uyğun olaraq inflyasiya səviyyəsinə görə müvafiq kapital indeksləşdirilir. Və ondan sonrakı dövrdə 2006-cı ildəm sonrakı dövrdədə toplanan kapital bunun üzərinə əlavə olunur və vətəndaşın pensiya kaptalınım ümumi məbləği müəyyən edilir. Buna uyğun olaraqda vətəndaşa pensiya hesablanır".

 

Eyni zamanda iqtisadçı əlavə edib ki, bəzi hallarda vətəndaşlar 2006-cı ilə qədər 15 il fəaliyyət göstərirlər:


"15 il təbii ki, pensiya hüququnun yaranması üçün əsas sayılmır. Belə olduğu halda təbii ki, müəyyən çətinliklər yaranırdı. 2018-ci ildə qanunda dəyişiklik edildi. Və bu dəyişikliyə əsasən vətəndaş əgər 2006-cı ildən sonra 1 ay belə fəaliyyət göstəribsə, onun hesabına sığorta ödənibsə həmin vətəndaşada 25 il hədiyyə olunur. Bu hədiyyə ilə birlikdə vətəndaş sığorta stajına görə pensiya hüququ əldə edir. Təbii ki, bu şərtlə pensiya çıxanlara minimum pensiya tətbiq olunur.
Sonrakı illərdə təyin olunan pensiya məbləği hər il yenə də, qanunvericiliyin tələbinə uyğun orta aylıq əmək haqqının artım tempi səviyyəsində indeksləşdirilir".


Elnurə Kərimova