Türkiyədə "instagram" niyə bağlandı?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:43 05.08.2024

Bildiyimiz kimi Türkiyədə "Instagram" sosial şəbəkəsi bağlanıb. HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra boykot səbəbi ilə bağlanıldığı iddia edilən "instagram"ı "Bilgi Teknolojileri ve iletişim Kurumu"  bağlayıb.Türkiyə Ana Yasa məhkəməsi bu qərarın düzgün olmadığını bildirdi. Bəs "İnstagram"-ın bağlanmasının əsas səbəbi nədir?

 

Bu barədə İT mütəxəssisi Elvin Abbasov "informator.az"a açıqlamasında bildirib ki, hazırkı dövrdə beynəlxalq platformalarda insanlar insanlar öz ictimai və biznes fəaliyyəti aparırlar:

 

" "Instagram" bu sahədə ictimai və ictimai-sosial, həmçinin biznes fəaliyyətini apardığı bir platformadır. Müşahidə olunur ki, bu platforma Türkiyədə müəyyən səbəblərdən bağlanıb. İctimai birlikdə bu səbəbdən məhkəməyə müraciət edəcəklərini bildiriblər. İnternet resurslarına əlçatanlığın qarşısını almaq xoş deyil, həmçinin keyfi olaraq bunu etməkdə xoş deyil. Amma təbii ki, burada siyasi məqamlar da olur və dövlətlər özlərinə uyğun olmayan kontentlər olanda bu addımı atırlar. Daha öncə də bu istiqamətdə Türkiyədə belə təcrübələr olub. "Tvitteri"(indiki "X") neçə illər bağlı saxladılar, həmçinin YouTube-ni də, müxtəlif dövrlərdə bağlayıb. Bu tip hadisələr Türkiyədə dəfələrlə olub və daha sonra məhkəmə qərarı ilə açılıb".

 

Hüseyn İlyasov