"Tok" keçirən dayanacaqlar, yoxsa məsuliyyətsiz vətəndaşlar?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:29 06.08.2024
Bakıda 4 yaşlı uşağı dayanacaqda oturarkən "tok" vurduğu artıq məlumdur. İnsident zamanı orada olan şahid hadisəni belə təsvir edib: "Mən parkda oturarkən hadisəyə şahid oldum. AYNA-nın işçiləri də gəldi, dedilər ki, burada cərəyan var." Bundan öncə də belə hadisə baş verib. Uşağın vəziyyəti pis idi.
Bakıda dayanacaqlar "tok" keçirir? Hadisənin təkrarlanmaması üçün hansı hansı tədbirləri görmək lazımdır ?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, bütün növ xidmət sahələrində qurulacaq olan infrastruktur hər hansısa bir vasitələr bütün təhlükə risklərinə qarşı tədbirlər qurmaq lazımdır:
"Ümumiyyətlə, bütün növ xidmət sahələrində insanların kütləvi cəmləşdiyi məkanlarda insanların kütləvi istifadə etdiyi qurğular, alətlər asudə vaxtlarını keçirtmələri üçün hər hansısa bir xidmətdən yararlanmaqları üçün təhlükəsiz və insanların həyat və sağlamlıqları üçün təhlükə riski daşıyacaq bir amil olmalı deyil. Əlbəttə, insanların diqqətli müəyyən qədər məsuliyyətli yanaşmaları lazımdır. İnsanlar hər hansısa bir dayanacağın cərəyan keçirtməyini gözlə görə bilməz. Əgər, elə bir hal varsa, kimsə aşkar eləyibsə, həmin yerə məlumatlandırıcı yazı və yaxud lövhə qoymaq olar. Vətəndaş məsuliyyəti olaraq, bildirilməlidir ki, kimsə əlini vurmasın. Dağılma ola bilər, şüşədirsə, şüşədə çat ola bilər. Uşağın üzərinə düşə bilər, və yaxud hər hansısa insanın üzərinə düşüb, xəsarət yetirə bilər. Bu, qaydada yanaşma ilə həyata keçirilməlidir ki, insanların sağlamlığı üçün yararlı olsun".
Nigar Səmədli