Təhsil müəssisələrində təhsil haqlarının artırılması nə ilə bağlıdır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:07 06.08.2024

Son günlərdə təhsil müəssisələrində illik təhsil haqlarının artırılması ilə bağlı məlumatlar yayılır.

Bəs, artımın səbəbləri nələrdir? Qiymət artımının təhsilin keyfiyyətinə və ya təhsil xidmətlərinə təsiri varmı?


Mövzu ilə bağlı "informator.az"a açıqlamasında elm və təhsil eksperti Elçin Əfəndi qeyd edib ki,  təhsil müəssisələrində illik təhsil haqqının artırılması müəssisənin öz qərarıdır:

" Ya müəssisənin rəhbəri, ya da pedaqoji şura bununla bağlı qərar qəbul edib. Bunu da qəbul etmələri ilə bağlı əllərində səbəb olmalıdır. Yeni servis xidməti yaradılıb, ya infrastrukturu yaxşılaşdırıblar, yaxud da təhsilin keyfiyyəti ilə bağlı müəyyən addımlar atıblar. Belə olduğu halda qiymətlərdə müəyyən dəyişikliklər edə bilərlər".

Ekspertin sözlərinə görə, bu ödənişlər dövlət təhsil müəssisələrinə aid deyil:

"Qaldı ki, özəl təhsil müəssisələrində bu qiymətlə təhsil alanların nə qədər effektiv ola bilməsinə,  bunu da hər birimiz yaxşı bilirik. Mövcud olaraq fəaliyyət göstərən 4400-dən artıq təhsil müəssisəsi var. Onların 400-ə yaxını özəl müəssisədirsə, bu özəl müəssisələrin arasında qiymət rəqabəti də var. Oranı bitirən tələbələr də beynəlxalq proqram əsasında ya xarici universitetlərdə, ya da öz ölkəmizin universitetlərində təhsil alırlar. Amma özünüz də  bilirsiniz ki, son illər ərzində orada yüksək bal toplayan abituriyentlər istisna hallarda, ya olur, ya ümumiyyətlə olmur. İstər buraxılış imtahanının nəticələri, istər qəbul imtahanının nəticələri elan olunanda biz görürük ki, maksimal balı dövlət təhsil müəssisələrindəki abituriyentlər toplayıb. Amma yenə də bir neçə özəl müəssisə var ki, onların abituriyentləri daha uğurludurlar. Onlar da əsasən, xarici universitetlərdə təhsilə yönəlirlər".

Aləmzər İbrahimova