İlk uğurlu addım: DİM taksi sürücüləri üçün imtahan keçirəcək-RƏY

Bölmə: Sosial › ,
Tarix: 19:03 07.08.2024

DİM xüsusi təlim keçmiş taksi sürücüləri üçün keçiriləcək imtahan barədə məlumat verib. 

Bildirilir ki, imtahan avqustun 25-də həyata keçiriləcək. DİM-ə müvafiq qurumlardan 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. Sözü gedən imtahanda iştirak etmək istəyən taksi sürücüləri ilk olaraq DİM-in saytında "Şəxsi kabinet" yaratmalı  və qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 20 avqust saat 23:59-dək həyata keçirilməlidir. Əlavə olaraq onuda qeyd edək ki, imtahanda iştirak ödənişlidir. İştirak etmək istəyən sürücülər "Şəxsi kabinet"inə 35AZN məbləğində
vəsait ödəməlidir.
İmtahan 1saat davam edəcək və iştirak edənlərə 20 sual təqdim olunacaq. Hər sual 1 balla qiymətləndirilir. Nəticə olaraq 10 və daha çox bal toplayan şəxslər müvəqqiyyətli hesab olunur və onlara 7 il müddətinə etibarlı hesab olunan şəhadətnamə təqdim olunur.

Sözügedən imtahanla bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da "informator.az"a açıqlamasında qeyd edib ki, imtahanın nəticələrinin necə olmasından asılı olmayaraq, bu yöndə atılan ilk uğurlu addımdır:

"Bu atılan addımın faydası böyük olacaq. Birinci növbədə ona görə ki, bu gün nəqliyyat vasitələrinin istismarı zamanı xüsusilə taksi sürücüləri üçün bir etap mərhələsini təşkil edir.  Yəni kimsə narahat və yaxud da aqressiv nəqliyyat vasitələri idarə etməyəcək.  Əgər imtahan keyfiyyətli keçirilirsə, imtahanının uğursuz olma ehtimalı da yoxdur.  DİM-in uzun müddətdir imtahanlar keçirməsi bir ənənə halı alıb. Yəni, bir şübhə yeri yoxdur. Amma bu imtahan keçirildikdə artıq vətəndaşlar özləri bir xüsusi "çəkiyə" malik olacaqlar. İmtahandan keçmiş şəxslər digər şəxslər üçün "əlçatmaz" olacaqlar. Bu nöqteyi-nəzərdən alqışlanacaq tədbirdir. Bu prosesin uğursuz olması üçün şübhəli bir məqam qalmır. Bu sahədə atılan addımları ən nümunəvi,ən yaxşı addımlar sırasına aid olunur".

Aləmzər İbrahimova