Azərbaycan fındığının inkişafı üçün hansı tədbirlər görülməlidir?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:12 14.08.2024

Proqnozlara görə, dünya bazarında fındıq satışlarının həcmi artmağa davam edəcək və 5 il ərzində 47,6 % artacaq. 2029-cu ilə qədər təsirli 756,7 milyon ABŞ dollarına çatacaq. 2024-cü il üçün gözləntilər 512,62 milyon ABŞ dolları üzərindədir.

Fındıq istehsalının artması üçün hansı tədbirlər görülür ? Rayonlarda bunun üçün kənd təsərrüfatına hansı köməkliklər olunur ?

Bu barədə "İnformator.az"a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda 2015-ci ildən fındıqçılığın inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir:

"O, zamandan indiyə kimi fındığın əkin sahəçiliyini 2,5 dəfə artırıblar. Bu, hökümətin apardığı siyasət nəticəsində baş verib. Fındıq sahələri genişləndirilib. Fındıq istehsalı bu müddət ərzində 2 dəfə artıb. Bizim fındıq ixracımız da artıb. Baxmayaraq ki, hələ gah azalır, gah artır. İxracla bağlı vəziyyət belədir. Fındığın qiyməti dünya bazarında təəssüflər olsun ki, son ildə xeyli azalıb. Azərbaycanın istehsal etdiyi fındıq əvvəllər digər ölkələrdə 16 dollara təklif olunurdusa, sonraki illərdə dünya bazarında fındığın qiymətinin aşağı düşməsi, Azərbaycan bazarınada ciddi təsir göstərib. 1 kiloqram fındığın qiyməti 5 dollara kimi düşdü. Bunun nəticəsində gəlirlər azaldı, fındıq istehsalçılarının gəlirləri azaldı. Fındıq qəbulunda əvvəlki illərə nisbətən alış qiyməti də aşağı düşdü. Bu, kəndliləri ruhdan saldı. Bəziləri bağlarını məhv edib yenidən digər məhsulların istehsalı ilə məşğul olmağa başladılar".

Ekspertin sözlərinə görə, bizim fındıq bazarı əsasən, digər ölkələrin məhsulunun keyfiyyətindən, qiymətindən asılıdır:

"Biz daha çox fındıq istehsal edirik. Məsələn, birinci yerdə Türkiyə, ikinci yerdə Gürcüstan ümumiyyətlə, Azərbaycan üçüncü yer üçün demək olar ki, hazır idik. Dünya bazarında fındığın qiymətinin aşağı düşməsi, əlbəttə bizim istehsalı ciddi artırmaq üçün bir stimul vermədi. Əksinə, istehsal azaldı. İtaliyada, İspaniyada məhsuldarlıq yüksəkdir. Onlara dünya bazarında mövcud olan qiymət sərf edir.

Birincisi emal, məhsulun saxlanma şəraiti bizdə bir o, qədər yaxşı deyil. Aqrotexniki qaydalara əməl etmək lazımdır. Müasir üsulla yeni bağlar salınmalıdır. Köhnə bağlar ləğv edilməlidir. İntensiv bağlara önəm verilməlidir. Aqrotexniki qaydalara əməl etmək üçün fermerlərdə, kəndlilərimizdə maarifləndirilməlidir. Qlobal istiləşmədə bu, sahəyə öz təsirini göstərir. Son zamanlar həm Gürcüstanda, həm də Azərbaycanda fındığın zərərvericiləri geniş yayılıb. Ona qarşı mübarizə aparmaq üçün bir sıra işlər var ki, onlar təşkil olunmalıdır ki, Azərbaycan daha keyfiyyətli məhsul istehsal edib, daha yaxşı bazarlara, Avropa bazarlarına daha çox fındıq çıxara bilsin. Düzdür, biz indi az həcmdə fındıq çıxarırıq. Bəzi qaydalara riayət edilsə, Avropa bazarlarına fındıq çıxardıb, daha çox gəlir əldə etmək olar".

Nigar Səmədli