"Dünyəviliyin və Maarifpərvərliyin" Təbliğinə Dəstək ictimai birliyi Kəlbəcərdə ətraf mühiti çirkləndirmə ilə bağlı etirazını bildirdi

Bölmə: Sosial › ,
Tarix: 11:49 05.08.2024

05.08.2024 cü ildə Kəlbəcər rayonuna  səfər edən  "Dünyəviliyin və Maarifpərvərliyin" Təbliğinə Dəstək   İctimai Birliyinin rəhbəri Kəlbəcərdə ətraf mühitin çirkləndirilməsi ilə bağlı ciddi narahatlığını bildirib. İctimai Birliyin rəhbəri bölgədə təbii mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi məsələsində daha böyük diqqət və tədbirlərin vacibliyini vurğulayıb. Kəlbəcər bölgəsi Azərbaycanın unikal təbii sərvətləri ilə zəngin olan ərazilərindən biridir. Bu ərazinin ekosistemi və təbiəti, uzun illər davam edən erməni işğalı dövründə ciddi zərər görüb və bölgənin təbii ehtiyatları talan edilib. Bu səbəbdən də Kəlbəcərin təbiətinin bərpası və qorunması xüsusi əhəmiyyət daşıyır.

İctimai Birliyin sədri, Kəlbəcərdə baş verən ətraf mühitin çirkləndirilməsi hallarının dərhal aradan qaldırılmasını və bu cür fəaliyyətlərin qarşısının alınması üçün daha sərt tədbirlərin görülməsini vacibliyini vurğulayıb. Həmçinin, cəmiyyətin bütün təbəqələrinin ətraf mühitin qorunmasına aktiv şəkildə cəlb olunmasının vacibliyi vurğulanıb. Gənclərin, qeyri-hökumət təşkilatlarının və yerli icmaların bu istiqamətdə daha çox təşəbbüs göstərməsi və maarifləndirici tədbirlər keçirməsi tövsiyə edilib.