"Yarmarkaların keçirilməsi effektiv deyil, sünidir"-Xalid Kərimli
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:46 27.08.2024
"Yarmarkaların keçirilməsi effektiv deyil, sünidir. Hökümətin büdcəsinin səmərəsiz xərclənməsidir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Onun sözlərinə görə, yarmarkaların heç bir nəticəsi yoxdur:
"Əksinə, sahibkarlar üçün real olaraq, problemlər yaranır. Ortalıqda da, real nəticə yoxdur. Bunun nümunəsi kənd təsərrüfatı yarmarkalarıdır. Məsələn, bunu dəfələrlə keçirirlər. Yeraltı keçidlər, bazarlar bunların özləri də, yarmarkadır. Yarmarka məsələsi yanlışdır. Hökümət bazarlarda normal şərait üçün imkan yaradır. Xalqımız ticarətə meyilli xalqdır. Azərbaycanda məhsulların idxal olunmasında ciddi rəqabət var. Qiymətə həssas vətəndaşlar xaricdən malları özləri sifariş edib, bir növ özləri də tacirlik eləyə bilərlər. Nəticədə elektron yarmarka yaranmış olar. Bu sahədə kifayət qədər geniş imkanlar var. Yarmarkalar bazardakı qiymətlərə təsir göstərmir. Vətəndaşlar son anda alış-veriş eləməməlidirlər".
Nigar Səmədli