Amerika qitəsində yeni təhlükə: Şərqi Atlar ensafaliti virusu
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/5193292_6.jpg)
Tarix: 22:11 29.08.2024
Şərqi Atlar ensafaliti virusu (EEEV) buğumayaqlıların ötürdüyü virusdur.
EEEV heyvanlarda və insanlarda ciddi beyin infeksiyalarına səbəb olur. Adətən ağcaqanadlar vasitəsilə insanlara və atlara keçir. Təbiətdə virusun dövrü quşlar arasında baş verir. Atlar və insanlar çox vaxt təsadüfən bu dövrəyə daxil olurlar Bəzi insanlarda virus yüngül qripə bənzər simptomlarla özünü göstərir. Daha ağır hallarda baş ağrısı, yüksək hərarət, titrəmə, qusma, yuxululuq, koma kimi əlamətlər yarana bilər. EEEV infeksiyası qan testləri və serebrospinal maye testləri ilə diaqnoz edilir. Bu virusdan qorunmaq üçün açıq havada olarkən uzunqol geyinmək, həşərat qovuculardan qorunmaq lazımdır. Virusun nadir olmağına baxmayaraq, çox yüksək ölüm nisbətinə malikdir, buna görə də xüsusilə ağcaqanadların çox olduğu ərazilərdə diqqətli olmaq lazımdır.
Mənbə: CNN türk
İlahə Həsənova