İlkan Karaman göz yaşları ilə yola salınıb

Bölmə: İdman › ,
Tarix: 17:45 10.09.2024

Muğlanın Datça rayonunda avtomobilin vurması nəticəsində dünyasını dəyişən 34 yaşlı keçmiş basketbolçu İlkan Karaman Tekirdağın Kapaklı Karaağaç məhəlləsində göz yaşları və dualarla son səfərinə yola salınıb.

Cənazəsi Kapaklıya gətirilən keçmiş basketbolçu İlkan Karaman üçün günorta namazından sonra Karaağaç Mərkəzi Məscidində cənazə namazı qılınıb.

Dəfn mərasiminə İl Gənclik və İdman Müdiri Əhməd Üzgün, Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayet Türkoğlu, Milli Qadın Basketbol Komandasının rəhbəri Yasemin Horasan, siyasi partiya nümayəndələri, QHT nümayəndələri, basketbolçu dostları və çox sayda vətəndaş qatılıb.

Mənbə: TRT Haber
Məhəmməd Qasımov