Derbinin hakimi bəlli olub
Bölmə: İdman › ,Tarix: 20:53 18.09.2024
Trendyol Super Liqasının 6-cı həftəsində keçiriləcək Fənərbaxça - Qalatasaray derbisini Atilla Karaoğlan idarə edəcək.
Trendyol Super Liqasının 6-cı turunda 21 sentyabr şənbə günü saat 21:00-da Ülker Stadionunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının hakimi bəlli olub.
Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurasının verdiyi açıqlamaya görə, derbini FİFA lisenziyalı hakim Atilla Karaoğlan idarə edəcək. Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel və Süleyman Özay olacaq. Matçın 4-cü hakimi Abdullah Buğra Taşkınsoy olacaq. "Fənərbaxça" - "Qalatasaray" matçında Sakarya bölgəsinin hakimi Atilla Karaoğlan bir dəfə fit çalıb. Sarı-göylü komanda 2021-2022 mövsümündə 10 aprel 2022-ci ildə Kadıköydə oynanılan derbidə 2-0 qalib gəlib. Karaoğlan karyerasında 2 dəfə Qalatasaray - Beşiktaş, 1 dəfə isə Beşiktaş - Fənərbaxça derbilərini idarə edib.
Atilla Karaoğlanın iştirak etdiyi derbilər belədir:
14.03.2022 Qalatasaray: 2 - Beşiktaş: 1
10.04.2022 Fənərbaxça: 2 - Qalatasaray: 0
09.12.2023 Beşiktaş: 1 - Fənərbaxça: 3
03.08.2024 Qalatasaray: 0 - Beşiktaş: 5
Məhəmməd Qasımov