"Bu ildə Türkiyədə inflyasiya cilovlanacaq"-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:52 20.09.2024
Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb.
Avro/Türkiyə Lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.
Bu barədə "İnformator.az"a müsahibəsində iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Türkiyədə inflasiya dünyada başladığı kimi 2021-ci ildə ölkələrin humanitar və fiskal siyasətinin nəticəsi olaraq, özünü göstərdi:
"Ölkələrdə pandemiyaya görə vətəndaşlara yardım göstərildi, digər tərəfdən vergi güzəştləri edildi. Ümumi dünyada gedən proseslər Türkiyədədə də gedirdi. Məsələ burasındadır ki, sonradan Türkiyə də, müəyyən fiskal siyasət nəticəsində bu inflyasiya dahada kəskinləşdi. Türkiyədə faiz dərəcələri demək olar ki, 0-a yaxınlaşdırıldı. Mənəvi məsələlərlə iqtisadi məsələlər qarışdırılırdı. 2021-ci ildə başlanan inflyasiya daha da bunun nəticəsində alovlandırıldı. Alovun da, qarşısı almaq başqa cür almaq mümkün deyildi. Türkiyə artıq 2023-cü ilin əvvəllərindən başlayaraq inflasiyanı cilovlamağa başladı. İndi inflasiya 2023-cü ilə nisbətən, zəifdir. Hesab olunur ki, 2025-ci ildə müəyyən sabitliyə nail olunacaq. Türkiyə lirəsi sərbəst valyuta kimidir. Türkiyədə 2025-ci ildə inflasiya cilovlanacaq".
Nigar Səmədli