Ulduzlu Gecədə fırça vuruşları dünyadakı atmosfer hərəkətlərinə uyğun gəlir
Bölmə: Maraqlı › ,Tarix: 23:32 25.09.2024
Vinsent van Qoqun “Ulduzlu gecə” tablosundakı fırça vuruşlarının real həyatdakı fiziki hərəkətlərə yaxın olduğu və dünyadakı atmosfer hərəkətləri ilə üst-üstə düşdüyü müəyyən edilib.
Şiam Universiteti, Lille Universiteti kimi bir çox Çin və Fransa qurum və təşkilatları ilə ortaq şəkildə həyata keçirilən araşdırmada Vinsent Van Qoqun rəsminin dünyanın fiziki qanunlarını müvəffəqiyyətlə təqlid etdiyi görüldü.
Rəsmdəki 14 spiral quruluşu araşdıran tədqiqatçılar 'Ulduzlu gecə' filmindəki fırça vuruşlarının Kolmoqorovun turbulentlik nəzəriyyəsi ilə üst-üstə düşdüyünü, fırça vuruşlarının mövqeləri və parlaqlıq nisbətlərinin isə rəsmdəki təlatümlü hərəkətləri əks etdirdiyini ortaya qoyub.
Tədqiqatçılar rəsmdəki fırça vuruşlarının forma, enerji və ölçü baxımından adi gözlə müşahidə edilə bilməyən atmosfer xüsusiyyətlərini təqlid etdiyini bildiriblər.
Rəsmin Batchelor şkalası ilə də uyğunlaşdığını bildirən tədqiqatçılar rəsmdəki parlaqlıq nisbətlərinin bu miqyasla düz mütənasib olduğunu qeyd ediblər.
Tədqiqatın müəlliflərindən biri olan Şidi Huanq Vinsent van Qoqun öz tablosunda turbulentliyi “tam olaraq düzgün” təsvir etməsinin rəssamın buludları və atmosferi öyrənməsi ilə bağlı ola biləcəyini qiymətləndirib.
Tədqiqat AIP Publishing-in Physics of Fluids jurnalında dərc olunub.
Xəbərin görüntüsü Shutterstock tərəfindən təqdim olunub.
Mənbə: Habertürk
Aytac Kərimova