Solğun saçları parladan təbii möcüzə!
Bölmə: Maraqlı › ,Tarix: 10:22 27.09.2024
Müalicə üçün 1 paket çay kifayətdir. Hər kəs parlaq və canlı saçlara sahib olmaq istəyir, lakin ətraf mühit faktorları, kimyəvi məhsullar və nizamsız qulluq nəticəsində saçlarımız matlaşa bilər. Bəs, solğun saçlardan xilas olmaq və əvvəlki parlaqlığını qaytarmaq üçün nə edə bilərik?
Evdə asanlıqla hazırlaya biləcəyiniz təbii məhlullarla saçlarınızı canlandırmağın yollarını sizə təqdim edirik. Bir neçə xörək qaşığı zeytun yağını qızdırın və saçınıza və baş dərinizə masaj edin. Sonra saçınızı bir dəsmal ilə sarın və təxminən 30 dəqiqə saxlayın. Zeytun yağı saçınızın ehtiyac duyduğu nəm və qidalandırıcı yağları bərpa etmək üçün mükəmməl bir həlldir. Zeytun yağı saçın təbii nəm balansını təmin edir və saçın parlaqlığını dəstəkləyir. Yaşıl çay zəngin antioksidant tərkibinə malikdir və saç sağlamlığına kömək edir. Dəmlənmiş yaşıl çayı soyuduqdan sonra saçınıza töküb 5-10 dəqiqə gözləyin. Sonra yuyun. Bu üsul saçların daha güclü olmasına və daha canlı görünməsinə kömək edir. Yumurta yüksək protein tərkibi ilə saç tellərini gücləndirir və onlara təbii parlaqlıq verir. Yumurtanı çalın və saçınıza kökdən ucuna qədər çəkin. Təxminən 20 dəqiqə gözlədikdən sonra saçınızı ilıq su ilə yuyun. Alma sirkəsi saçın pH balansını qoruyur, donuqluğu aradan qaldırır və parlaqlıq verir. Bir stəkan suya iki xörək qaşığı alma sirkəsi əlavə edin və şampundan sonra saçlarınızı bu qarışıqla yuyun. Bal saçları nəmləndirərkən, limon saçın parlaqlığını artıran C vitamini ilə zəngindir. Bir xörək qaşığı bal və yarım limonun suyunu qarışdırıb saçınıza çəkin. 15-20 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.Alma sirkəsi saçdakı qalıqları təmizləyir və saçın təbii parlaqlığını bərpa edir. Tərkibindəki probiotiklər və təbii yağlar sayəsində qatıq saçın nəmlik tarazlığını qoruyur və saçın mat görünüşünü yox edir. Saçınıza bir stəkan qatıq çəkin və 20 dəqiqə saxlayın. Sonra saçınızı isti su ilə yuyunHəftədə bir dəfə tətbiq etməklə qısa zamanda saçlarınızdakı parlaqlıq fərqini görə bilərsiniz.
Mənbə:milliyet
Nərgiz Orucova