Dördyarpaqlı yonca tapmağın şansla əlaqəsi varmı?
Bölmə: Maraqlı › ,Tarix: 23:14 07.10.2024
Dördyarpaqlı yoncalar genetik mutasiyalar və ətraf mühit faktorları nəticəsində əmələ gəlir və təbiətdə hər 10.000 üçyarpaqlı yoncadan yalnız 1-də dörd yarpaq olur. Bu nadirlik dördyarpaqlı yoncaların tapılmasını çətinləşdirir.
Bu səbəbdən mifoloji və mədəni köklərdə dördyarpaqlı yoncanın bəxti gətirdiyi inancı yaranmışdır. Lakin bunun heç bir elmi əsası yoxdur.
Dördyarpaq yonca, Kelt mifologiyasında, pis ruhları qovmaq üçün istifadə olunur. Orta əsrlərdə pəriləri görmək üçün talisman kimi istifadə olunurdu.
İndiyə qədər ən çox yarpağı olan yonca 10 may 2009-cu ildə Yaponiyanın Hanamaki şəhərində Şieqo Obara tərəfindən kəşf edilmiş 56 yarpaqlı yoncadır.
Əslində, Obara onu təkamül biologiyası daxilindəki süni seleksiya mexanizmi sayəsində öz təsərrüfatında "istehsal etdi".
Göründüyü kimi, təkamül biologiyasının izahlarını təbiətə tətbiq etməklə, əcdad növlərindən tədricən fərqlənən canlıların mövcudluğu mümkündür.
Maraqlananlar üçün Şieqo Obara heç bir "şans partlaması" yaşamadı və hələ də digər insanlar kimi şansının olduğunu bildirdi.
Mənbə: Evrimagaciofficcial
Nərgiz Orucova